Yaxın Şərqdə vəziyyət tez-tez dəyişir. Ötən əsrin 40-cı illərindən bəri “Kürdüstan” deyilən ərazidə
müharibə səngimir. 1945-46-cı illərdən sonra tez-tez hərəkata qalxmışdılar. Hətta Suriyada da
hökumətlərini qurmuşdular. İndi isə Suriya Kürdüstanında məsələyə seyirçi qalmayacaqlarını, silahdan
möhkəm yapışacaqlarını bildirirlər. Proseslərə Məsud Bərzani rəhbərlik edir.
O bildirir ki, Suriyanın Haseka, Qamışlı və Kobani şəhərlərinin “Kürdüstan” ərazisi olduğunu və
mövcud problemin həllində siyasi anlaşmaya varılmasını Suriya hakimiyyətinin diqqətinə
çatdırıb. Əks təqdirdə Şimali İraq Kürdüstanı olaraq hadisələrə seyrçi qalmayacaqları
haqqında bəyanat verib.
Xatırladıram ki, məsələnin güc tətbiq etmədən həlli ilə bağlı tərəflərin üzərlərinə aldıqları
öhdəliklərin zamanı sabah bitir.
Hazırda əraziyə çox sayda terrorçu və hərbi texnika yeridilir..
Gəlin. Gələcəyiniz kimi görəcəyiniz də olacaq.
Deyəsən yenidən daha bir regional müharibə meydana çıxır.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.