Prezident İlham Əliyevin “#Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın təkcə BƏƏ ilə deyil, bütövlükdə Körfəz ölkələri ilə münasibətlərinin səviyyəsini göstərir.

Prezident İlham Əliyevin “#Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın təkcə BƏƏ ilə deyil, bütövlükdə Körfəz ölkələri ilə münasibətlərinin səviyyəsini göstərir. Körfəz ölkələri ilə Türk Dövlətləri Təşkilatı arasında institusional əməkdaşlığın qurulması, Mərkəzi Asiya, #Azərbaycan və Körfəz ölkələri arasında yeni və daha geniş iqtisadi əməkdaşlıq formatının yaradılması Prezident İlham Əliyevin regionla bağlı strateji planlarına daxildir. Prezident bu barədə 2023-cü ildə #SPECA-nın Bakıda keçirilmiş sammitində vurğulamış, Körfəz Əməkdaşlıq Şurasının nümayəndələrini və KƏŞ-in Baş katibi Casem Məhəmməd əl-Budeyvi fəxri qonaq kimi dəvət etmişdi.
Bu, Prezident İlham Əliyevin Azərbaycanın həm #MərkəziAsiya, həm də Körfəz regionu arasında strateji bir körpü və qovşaq rolunu gücləndirmək siyasətinin tərkib hissəsi idi.
Azərbaycan və BƏƏ hərbçilərinin birgə hərbi təlimləri isə iqtisadi və geosiyasi əlaqələrin müdafiə və təhlükəsizlik səviyyəsinə yüksəldilməsinin təzahürüdür.
Həm də bu ilk hərbi təlim nümunəsi deyil. Artıq qeyd etdiyimiz kimi, 2025-ci ilin sentyabrında Bakıda keçirilmiş “Sonsuz qardaşlıq – IV” çoxmillətli xüsusi təyinatlı qüvvələrin təlimində Qətər hərbçiləri də #Türkiyə, #Qazaxıstan, #Özbəkistan#Pakistan hərbçiləri ilə birlikdə iştirak etmişdi. Körfəz ölkələri ilə yaşıl enerji, neft-qaz sahələrində strateji investisiyalarla yanaşı birgə hərbi təlimlər TDT ilə Körfəz ölkələrinin Yaxın və Orta Şərq planlarında müttəfiqliyinin möhkəm təməli ola bilər.
Azərbaycan Prezidentinə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması artıq müttəfiqliyin baş tutmasının, aparılmış siyasətin qlobal təhlükəsizliyinin ən kritik mərhələsində arzu olunan nəticələri verməsinin parlaq nümunələrindən biridir.

Şərhlər bağlıdır.