Avropa Parlamentində İranda İslam İnqilabının 47-ci ildönümü ilə bağlı keçirilən
iclas qalmaqalla yadda qalıb. İtaliya nümayəndəsi İzabella Tualieri çıxışı sərt
sözlərlə yadda qalıb.
O, ölkədəki rejimin 47 ildir qorxu, işgəncə və özbaşına həbslərlə hakimiyyətini
saxladığını bildirib və parlament prezidentinə müraciət edərək “bu parlament
İran xalqının səsini eşitməlidir” deyib.
Tualieri çıxışın sonunda Əli Xameneyinin şəklini parçaladığı üçün sədr
tərəfindən töhmət alıb.
İclasda Avropa Parlamentinin üzvləri İran SEPAH-ın terror təşkilatları
siyahısına daxil edilməsini dəstəkləyib, ölkədə repressiyalara diqqət çəkib və
sanksiyaların sərtləşdirilməsini, eləcə də İslam Respublikasının fəaliyyətinin
Haaqa məhkəməsi də daxil olmaqla beynəlxalq orqanlarda araşdırılmasını
tövsiyə ediblər.
Azerbaycan-ruznamesi.org
Əvvəlki
Şərhlər bağlıdır.