Quzğun hər yerdə quzğundur

İranın keçmiş şahı Rzanın nəvəsi, Məhəmməd Rzanın isə oğlu ata-baba
şakərindən əl çəkməyib. Sadəcə ona bir tarixi şərait lazımdır ki, 100 minlərin
heyfini xalqdan çıxsın.
Keçmiş şahın oğlu hamilərindən ilhamlanaraq mitinqlərdə qeyri-fars xalqların
simvollarının nümayiş etdirilməməsi və şüarlarının verilməməsi barədə çağırış
edib.
Bu barədə bəyanat da yayıb.
Bu bir neçə gün əvvəl Berlində müxalif iranlı mühacirlərin keçirdiyi izdihamlı
mitinqdə qeyri-fars xalqların simvollarının nümayiş etdirilməsndən sonraya
təsadüf edib.
Həmin mitinqdə İranda yaşayan qeyri-fars xalqların, o cümlədən
azərbaycanlıların hərəkat simvolları (bayraqları) da qaldırılıb.
Bu, panfarsist cərəyanın, xüsusən Rza Pəhləviyə yaxın olan media qurumları
və təşkilatların qəzəbinə səbəb olub. Bundan sonra Rza Pəhləvi fevralın 14-də
Münhen, Los-Anceles və Torontoda keçirilməsi planlaşdırılan mitinqdə başqa
bayraqların və simvolların nümayiş etdirilməməsi tələbi ilə bağlı bəyanat yayıb.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.