Əziz məsləkdaşlar, dəyərli soydaşlar, Vətənin mübariz oğul və qızları!
Sizi bu əziz bayramlar münasibətilə ürəkdən təbrik edirik. Bayramlar qoşa-qoşa gəlsə də, Vətənimizin dərd-səri hələ də sona çatmayıb. Bununla belə, xalqımız bütün çətinliklərə baxmayaraq, ruhdan düşmədiyini və mübarizə əzmini qoruduğunu dəfələrlə sübut edib.
Bu gün Vətənimizin taleyüklü məqamında, xüsusilə Güney Azərbaycanda daha sıx birləşmək, həmrəyliyimizi gücləndirmək və milli mübarizə tariximizi yeni-yeni uğurlarla zənginləşdirmək hər birimizin borcudur.
Bayramınız mübarək!
Azərbaycan Demokrat Firqəsi (ADF)
Şərhlər bağlıdır.