2026-cı il Azərbaycanın Akademik mühitində həyat yeni-yeni meneələr və ziddiyyətlərlə başladı. İclasda “yuxulayan” professorların şəkilləri ictimaiyyətdə geniş müzakirəyə səbəb oldu ki, “alimlərimiz yaşlıdırlar…” Bəzi mediya qurumlarında “əxlaqsız” davranışlara adət etmişik. Hətda valideyinlərini də yaşlı olduqları üçün məsxərə edənlər var. Məgər Azərbaycanın ictimai mühiti bu qədər pozulub ki, agsaqqal, nurani və müdrük insanları, millətin qüruru hesab edilən bu ziyalıların qiymətləndirilməsini bir qrup düşüncəsiz şəxslərin ixtiyarına qoysun?
O sayag iclaslarda ayıq oturub, danışanlara qulaq asmaq nə qədər “saglamlıga ziyandır” duşuncələri ortaya gəlmədi, eləcədə “o alimlərin uzun illər yuxusuz günlərinin nəticəsində bu gün övladlarımız ali məktəblərdə dəsliklərdən istifadə edir, yeni elmi fikirlərlə tanış olur və inkişaf edir”- bunu da deyən olmadı. Lakin qorxusu yoxdur, zatən akademik mühit kosmopolitdir, bir çox hallarda təmənnasızdır və əvəzi ödənilməyən bir fəaliyyətdir.
Bəs problem nədir? “Agıllun kimdir? Qabaqda gedən zəncirli…” zərb-misalı xalqımızın alimlərə verdiyi bir fədakarlıq qiymətidir. Alimlərimiz qədim zamanlarda da olub və bu gün də vardırlar. O zaman da alimlər çox böyük rifah içində yaşamırdılar, indi də rifah içində deyillər. Bu məsələni müzakirə edək.
Təxminən yüz il əvvəl Azərbaycanda Elmləır Akademiyasının yaradılması ilə əlaqədar fəaliyyətə başlananda bizim üçün yeni, anlaşılmayan bir iş, qərb sivilizasiyasının daşıyıcıları üçün təəccüblü və mümkünsüz bir hadisə idi. Geri qalmış müsəlma ölkəsində akademiyanın yaradılması fantastika idi. Son bir neçə ildir ki, AMEA-nın yüz illiyini qeyd etsək də parallel olaraq AMEA-nın baglanması və transformasiyası ilə əlaqədar söhbətlər də eyni zamanda qızışmaqdadır. Aydın deyil ki, biz bu qurumun yaradılması və yüz il fəaliyyəti barədə iftixar etməliyik, yoxsa bu qurumun faydasızlıgı, lazımsızlıgı qərərına gəlməliyzik?
Yüz ildə böyük potensial toplamış AMEA-nı rəyasət heyyəti idarə etdi yoxsa Elm və Təhsil nazirliyi idarə etdi, nə dəyişəcək. Əgər idarəetmə sistemimiz qüsurludursa nə fərq edir? Hər ikisi dövlətdən maliyələşir. Dövlət pulunu alimlərə AMEA ödəyir və ya nazirlik ödəyir, nə fərq edir? Yanı, etiraf etməliyik ki, nazirliyin menecmenti daha ugurludur, AMEA-nın menecmenti ugursuzdır? Sərişdəsizlik o yerə çatıb ki, bilmirik AMEA-nın yaranışının 100 illiyinə sevinək, yoxsa AMEA-nın baglanmasına…
Elm və Təhsil nazirliyinin məktəbəqədər təhsil, orta təhsil müəssisələrində islahatların aparılması sahəsində geniş ictimai müzakirələr keçirir və prosesin şəffaflıgı, müəllimlərin keyfiyyəti ilə əlaqədar bir sıra addımlar atır. Bu əlbətdə ki, yaxşıdır. Çünki, sonunda universitetlərə gələn tələbələrin baza təhsilinin səviyyəsi mütəxəssis hazırlıgında əsas göstəricilərdən biridir. Bəs universitetlərdə akademik mühit nə üçün nazirliyi maraqlandırmasın?
Ali təslil müəssisələrində elmi dərəcəsi olmayan müəllimlərin fəaliyyəti, mühazirə oxuması indi həmişə oldugundan daha çox aktualdır. Elə bir mənzərə yaranır ki, məktəb müəllimləri Universitetlərdə də dərs deyə bilər. O zaman Ali məktəbin orta məktəbdən nə fərqi olur? Bu vəziyyəti şərh etmək üçün universitetlərin həmişə bəhanəsi var, deyirlər ki, mütəxəssis yoxdur. Bəs nazirlik bu hal ilə barışmalıdır, yoxsa universitet səviyyəsinin qorunmasını tələb etməlidir? Universitetlərin “Pablik Hüquqi şəxs” olaraq fəaliyyət göstərməsi onları qanunların icra olunmasından azad etmir.
Bəzi ali məktəblər bir müəllimin dərs yükünü 500 saat olaraq müəyyənləşdirir, digəri 600 saat. Bəzi universitetlər müəllimlərə dərs saatına görə bir məbləg ödəyir, başqası başa məbləg. Əlavə dərs saatını professora, dosentə ödəmək baha başa gəldiyindən elmi dərəcəsi olmayana vermək daha sərfəlidir. Bu vəziyyət illərdir ki, davam edir. Ali məktəblərdə hamı Baloniya sistemi haqqında danışır, lakin kreditlərin sayı və hər kreditin saat yükü haqqında məlumatı olan yoxdur. Bir kredik 12 saat da ola bilir, 15 saat da, 30 saat da. Universitetlərin müəllimlərə qeyri auditoriya saatı verməkdə maraqları yoxdur. lakin tələbələrlə fərdi iş təhsilin əsas alətlərindən biri oldugunu hamı bilir. Bu mövzuları universitetlərin insafına qoymaq bir sistemsizlik yaradır və prosesin nazirlik tərəfində nəzarətdə olması vacibdir. Məgər Elm və təhsil nazirliyi üçün maraqlı deyil ki, bəzi özəl universitetlərdə müəllim nə qədər maaş alır və niyə bu qədər fərqlidir?
Bəzən elə bir mənzərə yaranır ki, Nazirlik fərqli hüquqi normalarla işləyir, universitetlər bir başqa sənədlərlə idarə olunur, hər bir qurum özünə uygun hüquqi platforma yaradır. Məsələn, bu yaxınlarda bir alimin professor elmi adı əlindən alındı və ictimaiyyətə heç bir açıqlama verilmədi. Təbii olaraq bir sual ortaya çıxır, o alim 10 il professor maaşı alıb və indi o maaşı geri qaytarmalıdır? Əgər alimə verilən professor adı ona qanunsuz verilmişdisə, deməli müəssisə ona qanunsu professor maaşı verib və burada əmək qanunvericiliyi pozulub. Buna görə kim məsuliyyət daşımalıdır?
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin kolleqiyasının 03 sentyabr 2024-cü il tarixli qərarı əsasında bir sıra işlər planlaşdırıldı. Akademik prosesi dəstəkləmək üçün 2025-ci ilin yay aylarında Elm və Təhsil nazirliyində çox yüksək səviyyədə kolleqiya keçirildi və bütün rektorların iştirakı ilə qərara alındı ki, Ali məktəblərdə məhsuldar elmi fəaliyyət göstərən alimlərin tədris yükləri 40 faiz azaldılsın və əmək haqqı məsələsinə fərdi yanaşılsın. 2025-2026-cı tədris ilində tətbiq olunacaq bu qərar niyə yerinə yetirilmədi. Elm və təhsil nazirliyi bu barədə bir manitorinq keçirdi? Əgər bunu etməyəcəkdinizsə niyə belə qərarlar alırsınız? İlk baxışdan anlışılmaz gəlsə də böyük görüntüdən məlum olur ki, “Ramiz Mehdiyev idarəetmə üsulu” məhz bundan ibarətdir və ölkədə çox dərin kök salıb. Dövlət başçısının tapşırıqlarına uygun olaraq səs-küylu iclaslar keçirmək, qərarlar almaq, layihələr hazlırlamaq, mətbuatda yazılar yaymaq və sabahı günü isə yenidən köhnə qayda ilə öz işləri ilə məşgul olmaq bir idarəetmə modelidir.
Elmin inkişafında mühüm rol oynayan qurumlarda biri də Ali Atestasiya Komissiyasıdır. Bu qurum əsasən iki növ sənəd əsasında fəaliyyət göstərir. Birinci sənəd Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq olunmuş əsasnamədir və qanun hökmlü sənəddir. İkinci növ sənədlər AAK-ın özləri tərəfindən yaradılmış normativ sənədlərdir ki, hüquqi əsası yoxdur, əslində “çörək agacıdır” və bir çox hallarda heç məntiqi əsası da yoxdur.
Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında 2019-cu il əsasnaməsinin təsdiq olunması ilə Azərbaycan akademik mühitinə bir çox qaydalar, yeni anlayışlar və normalar daxil oldu. Azərbaycan alimləri ilk fədə indeksləşmə, arxivlənən və indeksləşən məlumat bazaları, H indeksi, Q kateqoriyası, DOİ, akademik platforma və akademik profim anlayışları ilə qarşılaşdılar. Demək olmaz ki, qeyri müəyyənlik bitib və hal-hazırda hamı bu proseslərə aktiv daxil olub. Məsələ orasındadır ki, bu illər ərzində AAK akademik mühitin yeni qaydalara adaptasiyası üçün heç bir iş görmədi. Nə təlimlər keçirildi, nə metodiki vəsaitlər hazırlandı, alimlər öz ixtiyarına buraxıldı ki, hələ bu gün də bəziləri WOS ilə Skopusun eyni müəssisə oldugunu düşünür. Bu vəziyyət akademik məhsuldarlıga mane olurdu və bu gen də mane olur. Mötəbər elmi jurnalların siyahılarını hazırlamaq, fərqli elmi istiqamətlərdə nüfuzli elmi jurnalların təqdimatını keçirmək, universitetlərdə analitik informasiya xidmətləri yaratmaq olardı.
2019-cu il islahatlarının nəticəsində AAK-ın ştat petensialı iki dəfə artırıldı, büdcəsi böyüdüldi, lakin müəssisənin məhsuldarlıgı artmadı. Akademik mühitin dəstəklənməsi əvəzinə bu qurum “akademik polis” funksiyasını daşımaga başladı və bunun üçün özünə hüquqi platforma da yaratdı.
Azərbaycanda korrupsiya hadisəsi ilə ciddi mübarizə aparıldıgının son illərdə canlı şahidiyik. Lakin korrupsiya şəraiti yaratmaq, insanları buna vadar edən mühit formalaşdırmaq, maraqların toqquşdugu yerdə “qaranlıqları” təmin etməyin cəzası yoxdur. Əgər bir iddiaçı beş il müdafiəyə çıxa bilmirsə, onun üçün müdafiə şurası yaradılmır və ya müvafik şuralara yönəldirmirsə, bu adam nə etməlidir? Axtarıb tapdıgı vasitəçiyə vəd etdiyi məbləgin şəkilini çəkməlidir? Əgər aspirant müdafiə ərəfəsində məlum olur ki, onun iştirak etdiyi konfransın dərc olunmuş külliyatında “pedaqogika” sözü yarımsərlövhədə yazılmayıb və bu konfrans keçərli deyil, o zaman aspirant nə etməlidir? Eyni zamanda bir iddiaçıdan təkmüəllifli üç məqalə tələb olundugu halda digər birindən heç nə tələb olunmadıgını necə müəyyənləşdirmək olar? Axı proseslərin şəffaflıgı təmin edilmir. Bir iddiaçının disertasiyasını ekspert adı ilə dəxli olmayan adamlara təqdim etməklə ona maneələr yaratmaq, digərlərinin isə olmayan dövlətin olmayan siyasətindən yazılmış dissertasiyasını iyirmi günə təsdiq etmək korrupsiya deyil?
Prezidentin imzası ilə təsdiq olunmuş və 2019-cu ildən qüvvəyə minən elmi dərəcələr və elmi adların verilməsi ilə əlaqədar əsasnamə son dərəcə proqressivdir. Qarşıya qoyulan məqsədləri tamamilə ifadə edir. Akademik prosesin açıq, şəffaf və ədalətli olması prinsipi əsasnamıdı öz əksini tapir. Problem AAK tərəfindən müəyyənləşdirilmiş normalarda ortaya çıxır. Məsələn, professor elmi adını almaq üçün AAK mütəxəssislərinin müəyyənləşdirdiyi 19 ölkədə fəaliyyət göstərən və adları konkret qeyd edilən 100 nəşriyyatdan birində elmi manaqrafiya çap etdirilməlidir. Bu ölkələrə altı türk dövləti daxil deyil. Məsələn qeyd olunan nəşriyyatların 75-i universitet nəşriyyatıdır və əsasən öz universitetlərinin alimlərinin əsərlərini çap edir. Türkiyənin Hacət Təpə Universiteti, İstanbul universitetində dərsliyin və ya dərs vəsaitin çap olunarsa AAK bunu mötəbər hesab etmir. Qazaxıstanın dünya reytinqində ilk 300-ə daxil olan universitetlərində də çap olunarsansa mötəbər hesab edilməz. Ancaq Yunanıstanın “Aristotel” Universitetində, Polşanın Poznan Universitetində kitabın çap olunarsa AAK bunu mötəbər hesab edər. Müşaidələr göstərir ki, türk dövlətlərinin inteqrasiyasını tələb edən dövlət siyasəti bu məmurların heç vecinə də deyil. İldə bir dəfə Türkiyədən və başqa türk dövlətlərindən gəlmiş qonaqları qarşılayıb söhbət etmək və hörmətli restoranda birlikdə kabab yemək inteqrasiya deyil. Tətbiq olunan metodikanın öyrənilməsi və qarşılıqlı tətbiqini həyata keçirmək lazımdır ki, bu işdə də maraqlı tərəf yoxdur. Çünki bu ölkələrdə manaqrafiya çap etdirmək üçün 16 min manat (8 min yevro) tələb edilmir.
Eləcə də anlaşılmayan odur ki, manaqrafiya üçün niyə 400 min işarə tələb olunur? AAK doktorluq dissertasiya üçün də iddiaçılardan 400 min işarə tələb edir, elmi manaqrafiya üçün də 400 min işarə. Məgər elmi monoqrafiyanın dəyəri işarə ilə müəyyənləşir yoxsa nəşriyyata ödənilən vəsaitlə? Manaqrafiya 300 min işarə olarsa elmi dəyəri yoxdur? Yoxsa, AAK üçün elmi dəyər əhəmiyyətli deyil, əhəmiyyətli olan 400 min işarənin olmasıdır. Diqqəti cəlb edən odur ki, nə AAK sədrinin, nə də onun professor adı daşıyan iki müavininin başqalarından tələb etdikləri belə manaqrafiyaları yoxdur. Belə fürsətçilik və qanundan kənar tələblərə gündəlik həyatımızda adət etmişik. Lakin müxtəlif səviyyəli dövlət qurumundan şikayət etmək olar, onlardan inzibati qaydada məhkəmə iddiası qaldırmaq olar, yuxarı orqanlara müraciət etmək mümükündür. AAK fərqlidir. Bunlardan şikayət edəcək nə zaman var və də ünvan var. Müdafiə qabagı təqdim edilən sənədləri beş il gözləyəndən sonra AAK tərəfindən diskvalifikasiya olundugu zaman bir gənc iddiaçının müraciət edəcəyi yer olmur. İddiaçının yeganə əlacı ya vacib adamlardan birinin zəng etməsi, ya da hər şeyi atıb getməsi olur.
Bir aspirantın ilkin müdafiədən əsas müdafiəyə qədər sənədləri dörd dəfə yoxlanılır. Birinci dəfə mənsub oldugu kafedra, labaratoriya və ya fakultə elmi katibi tərəfindən. İkinci dəfə Universitet və ya elmi müəssisənin elmi katibi tərəfindən. Üçüncü dəfə müdafiə şurasının elmi katibi tərəfindən. Dürdüncü dəfə AAK-ın əməkdaşları tərəfindən. Hər dəfə də yeni sənədlər tələb olunur, yeni qaydalar tələb edilir və sənədlər geri qaytarılır. Ən gülməlisidə odur ki, QR kodu olan sənədin möhürlənməsini də tələb edirlər. Barada elektron sənəd dövriyyəsi də yoxdur ki, bunların özbaşınalıgını ifşa edəsən.
Elmin inkişafına dəstək fondu Azərbaycan dövlətinin bu istiqamətdə inkişafı təmil etmək üçün təsis etdiyi xoş məramlı bir qurum olmalı idi. Ancaq necə oldu? 2010-cu illərdə bu fond elmin inkişafı üşün dünyada qəbul olunmuş standartları öyrənmək və tətbiq etmək üçün iki dəfə “Qrant” layihəsini maliyələşdirdi. Əslində ugurlu bir layihə olaraq bunu tətbiq etmək lazım idi. Kim tətbiq edəcək? Elm və təhsil nazirliyi bunu edə bilərdi. Lakin nazirlər kabineti elmin inkişafı üçün müəyyənləşdirdiyi “yol xəritəsini” özü və müstəqil həyata keçirməyə başladı və nəticədə “Milli H indeksi” layihəsi ortaya çıxdı. Bu indeksi də digərləri qəbul etmədi və hərə özü üçün reytinq müəyyənləşdirməyə başladı.
Elmin inkişafı üçün müxtəlif kitabların çap olunması, elmi konfranslara ezamiyyət pulları, bəzi müəssisələrə maliyə dəstəyi çox yaxşıdır. Ancaq maliyə dəstəyi edilən layihələr əgər respublikada tətbiq olunmayacaqsa bəs nə məqsəd daşıyır? Maliyələşdirilən layihələrin beş ildə sonra, on ildən sonra effektivlilik təhlili edilir? İnpakt faktoru öyrənilir? Yaqinki yox. Biz görülən işlərin analitik təhlilini etmədikcə heç nə dəyişməyəcək.
2023-cü ildən başlayaraq Azərbaycan Dövlətinin sifarişi ilə Milli H indeksi məlumat bazası yaradıldı və ildə iki dəfə Azərbaycanın elm müəssisələri və alimləri haqqında beynəlxalq normalara uygun reytinqlər açıqlanmaga başladı. Bu dörd ildə qeyd olunan məlumat bazasına əsaslanaraq bir müəssisə və ya bir alimin təşviq olunmadı, təltif və ya ictimaiyyətə təqdim olunması hadisəsi baş vermədi. Əksinə Elm və təhsi nazirliyi özü, yeni bir qiymətləndirmə meyarı müəyyənləşdirdi və özü bildiyi kimi təşviq layihəsi tətbiq etməyə başladı. Məlumdur ki, bu proqramda social və humanitar sahələrə yer ayrılmadı. Tətbiq olunan metodika da həməşəki kimi gizlin saxlanıldı. Bilmək olmur ki, nəyi necə hesab edirlər. Universitetlər də özlərindən yeni metodikaları tətbiq etməyə başladılar. Son nəticədə yenə də xaos, maraqların idarə olunması, telefon zəngləri ilə “Mirzə Manafın pədəri”, yenə də “El bütün kafir imiş yox xəbərim” misalı. Aydın deyil ki, türk dövlətlərinin inteqrasiyasından bu qədər danışdıgımız halda nə üçün Türkiyə Cumhuriyyətinin sınaqdan çıxmış qabaqcıl təcrübəsi öyrənilmədi və tətbiq olunmadı.
AAK elmi ad vermək üçün iddiaçıdan üç ədəd təkmüəllifli məqalə tələb edir. İddiaçının isə iki ədəd təkmüəllifli məqaləsi var, 5 ədəd iki müəllifli məqaləsi var və 5 ədəd üç müəllifli məqaləsi var. İddiaçı haqlı olaraq çatışmayan bir ədəd təkmüəllifli məqalənin yerinə on ədəd çox müəllifli məqaləsini təqdim edir ki, bunu da AAK qəbul etmir. Bu vəziyyətlə hətda afrikada da rastlaşa bilməzsiniz. Belə olan halda tədqiqatçı niyə çox sayda məqalə yazsın?
“Milli H indeksi”nin yayınlanması rəsmi məqamlarda danışılması qəbul olunmayan bir mənzərəni ortaya çıxardı. Qiymətləndirmədə iştirak edən 105 elm-təhsil müəssisəsinin Skopus məlumat bazasında çap olunmuş təxminən 29 min məqalədən 13 mini Bakı Dövlət Universitetinin alimlərinə məxsusdur, “Top 1000” alim sırasında dekarativ professorlar yer almırlar, yüksək akademik göstəriciləri olan alimlər konyuktura uygun gəlmir və s.
Beynəlxalq qiymətləndirmə metodikasına görə bibliometrik göstəricilərinə görə AAK-ın bəyənmədiyi Türkiyə dünyada 18-ci yeri tutur və kifayət qədər yüksək göstəricilərə malikdir. Türkiyənin resursunda bir milyandan artıq elmi məqalə və onlara edilmiş üç milyona yaxın elmi istinadı vardır. Türkiyənin 334 elmi jurnalı yüksək reytinqli və indeksləşən jurnal hesab edilir. Azərbaycanın da durumu pis deyil. Bu siyahıya ABŞ başçılıq edir və onların 17 milyona yaxın elmi məqaləsi indeksləşir və bu əsərlərə 226 milyondan artıq elmi istinad edilib.
Dünya reytinq cədvəlində Cənubi afrika 34-cü yeri tutur, Pakistan 39-cu yerdədir, Kolumbiya 48-də, Nigeriya 49-da, Tunis-56, Mərakeş 58-dədir, Əlcəzair 59-dadır, Banqladeş 61-də, Efiyopiya 64-də, Şrilanka 79-da, Özbəkistan 83-də Tanzaniya 87-də, Gürcüstan-89-da, Kamerun 91-ci yerdə, Azərbaycan 92-ci yerdədir. Görəsən bizim elmi fəaliyyətə rəhbərlik edən qurumlar bu vəziyyət barədə dövlət başçısına məlumat verirlər? Düşünürəm ki, bu vəziyyət dövlət başçısının heç xoşuna gəlməz.
TUBİTAK-ın yaratmış oldugu indeksləşən məlumat bazası olan Ulakbim və SOBİAD-ın çox qabaqcıl təcrübəsi var. Bu təcrübəni öyrənmək və Azərbaycana tətbiq etmək ən düzgün yol ola bilərdi. Məsələn, bu işin menecmenti ilə məşgul olanlardan əgər məsul bir şəxs soruşarsa ki, “velisopedi yenidən kəşf etməyə nə ehtiyac var idi”, niyə qabaqçıl bir modeli tətbiq etmədiniz? Bu suala nə cavab verərdilər, maraqlıdır.
Elmmetrik fəaliyyətlə məşgul olan hər bir mütəxəssis bilir ki, elmi məhsuldarlıgın artırılması və onun görünürlüyünü təmin etmək üçün tədqiqatçılarla mütəmadi təlimlərin keçirilməsi vacibdir. Akademik platformaları öyrənmək, akademik profillərin yaradılması, e-elm proseslərində alətlərin funksiyalarını öyrənmək, düzgün biblioqrafik təsvirlərlə tanış olmaq, məqalələrin xarakteri və strukturu ilə əlaqədar tələbləri bilmək lazımdır.
Akademik mühitin mövcud potensialı, statistik məlumatların təhlili və proseslərin dinamikası göstərir ki, əgər yaradılan süni maneələr, mənasız qaydalar və düzgün menecment təmin edilərsə Azərbaycan bu sıralamada ilk əlli ölkədən biri ola bilər. Əlbətdə ki, agırlıgı bir universitetin üzərinə salmaq, dekorativ professorlar ordusu yaratmaqla ugur qazanmaq mümükün deyil. Əgər AAK üç məqaləyə görə fəlsəfə doktoru dərəcəsi verəcəksə biz 29 mindən iki yüz min göstəricisinə çatmayacagıq. Bu epizodda fikirlərimiz ziddiyyət təşkil etmir. Biz alimlər üçün yaradılmış “informasiya labirintinin” əleyhinəyik, şərtlərin şəffaf şəkildə sərtləşməsinin deyil. PH doktor dərəcəsi üçün 10-20 məqalə, elmlər doktoru üçün 50-100 məqalə tələb etmək mümkündür. Burada “zəfəran suyu” ilə yazılmış monoqrafiya insanları çaşdırır. Əgər akademiya institutlarının alimləri elmi dərəcə aldıqdan sonra repititerlik edəcəksə, perespektiv elmi istiqamətlər dövlət təşviqindən kənarda qalacaqsa, yaxşı ilə pis arasında fərq qoyulmayacaqsa Kamerunla bizim aramızda fərq böyüyəcək.
Sonunda isə nə üçün iki həpənd? Sualına cavab verək. Sabirin bu əsərində iki tərəf var və bunlar biri-birinə müxalifdir. Biri digərinə güç gəlir, digəri isə ona lənət deyir. Müasir akademik mühitin vəziyyətində paradoks ondan ibarətdir ki, tərəflər çoxdur, hər biri özü-özünə hökmdardır, heç kim heç kimə güç gəlmək, mövqeyini, haqlı oldugunu subut etmək fikrində deyil, tərəflər öz maraqlarını elə bölüşdürüblər ki, digərinin bostanına daş atmır, tənqid etmir, görüşəndə biri-birinə ehtiramla təzim edirlər, hər şey öz qaydasında oldigi kimi.
Kazimi P.F.

Şərhlər bağlıdır.