Qərəzli qətnamələr, saxta iddialar, yalan məlumatlar… Azərbaycan 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatları ilə özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra həm ayrı-ayrı dövlətlər, həm də bəzi qurumlar tərəfindən tənqid və təzyiqlərə məruz qaldı. Ölkəmizin Qələbəsini həzm edə bilməyənlər bizə qarşı genişmiqyaslı kampaniyaya başladılar. Məsələn, Avropa Şurası Parlament Assambleyası. Anti-Azərbaycan qüvvələrin əlində oyuncağa çevrilən bu struktur Azərbaycan nümayəndə heyətinə qarşı təzyiqlərə başladı. Bəzi siyasi dairələr bu yolla ölkəmizlə diktə dilində danışa biləcəklərini düşünürdülər. Amma Bakı bunun belə olmayacağını göstərdi. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bu qərəzli qurumla əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırdı.
Şərhlər bağlıdır.