SOS SOS SOS
14.09.2026
İslam Respublikası ilə əlaqəli media orqanları xaricdəki müxalifləri və fəalları müəyyən etmək və izləmək məqsədi daşıyan “Əlac” (Şəfa) adlı informasiya sisteminin istifadəyə verildiyini elan edib. Dövlət mediası planı təqdim edərkən sistemin hədəf aldığı müxalifləri “xaricdəki xainlər” adlandırıb.
SEPAH-a bağlı “Fars” Xəbər Agentliyi bildirib ki, “Əlac” hökumətin “anti-İran”, “separatçı” və ya “sanksiyalar və hərbi hücumların təşviqatçıları” kimi təsvir etdiyi şəxslərin fəaliyyətlərini davamlı olaraq izləyəcək.
Yerli mətbuatda yayılan xəbərlərə görə, bu sistem təkcə məlumat toplamaqla məhdudlaşmır, həmçinin bəzi vətəndaşlıq imtiyazlarının məhdudlaşdırılması və ya aradan qaldırılması, konsulluq xidmətlərinin dayandırılması, maliyyə və mediaya çıxışın məhdudlaşdırılması, eləcə də İran daxilində insanların əmlakının müsadirə edilməsi kimi tədbirləri həyata keçirmək üçün öz gündəmini müəyyənləşdirib.
Məlumatlarda o da bildirilir ki, “Əlac” sisteminin işə salınması rəsmi elan edilməmişdən əvvəl eyni adlı qrup xaricdəki fəalların siyahılarını dərc edib və onlara qarşı məhkəmə tədbirlərinin görülməsini tələb edib. Bəzi yerli KİV-lər də yüzlərlə insanın əmlakının müsadirə olunması üçün tədbirlər görüldüyünü yazıb.
“ƏIac”ın fəaliyyətinin digər bir hissəsi ictimai hesabatların istifadəsinə yönəlib. Sistemin operatorları vətəndaşlardan veb sayt, “Bale” və “İta” messencerləri və Telegram hesabı vasitəsilə İslam Respublikasına qarşı işlədiyinə inandıqları insanların məlumatlarını və şəxsiyyətlərini təqdim etmələrini istəyiblər.
“Əlac” sistemi iddia edir ki, müxbirlərin və ictimai mənbələrin şəxsiyyəti “məxfi və şifrələnmiş” qalacaq. Bu plan vətəndaşları, xüsusən də xaricdə hökumətin opponentləri və tənqidçiləri barədə məlumat verməyə təşviq edir və İslam Respublikasının opponentlərə qarşı təzyiqinin əhatə dairəsini kiberməkandan onların aktivlərinə, konsulluq xidmətlərinə və maliyyə əlaqələrinə qədər genişləndirə bilər.
Yazı Samad Bayramzada Facebook paylaşımından götürülüb.
«جمهوری اسلامی به سراغ «خائنان خارجنشین» رفت؛ سامانه «علاج» آغاز به کار کرد – Gooya News
Şərhlər bağlıdır.