İRAN XİN : RUSİYAYA SİLAH SATMIRIQ

İran Xarici İşlər Nazirliyi rəsmi Tehranın Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya hərbi texnika, o cümlədən pilotsuz təyyarələr satmadığını bildirib.

Ukrayna mətbuatına istinad edən azerbaycan-ruznamesi.org xəbər verir ki, Hossein Amir Abdollahianın ofisindən bildiirlib ki, ölkə hərbi əməliyyatların daha da genişlənməsinə səbəb ola biləcək hər hansı addımdan çəkinir.

Xatırladaq ki, iyulun 11-də ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, İran “Rusiya Federasiyasına bir neçə yüzə qədər PUA, o cümlədən zərbə endirici PUA-lar verməyə hazırlaşır”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani jurnalistlərin belə bəyanatlarla bağlı sualını cavablandırarkən deyib ki, İran və Rusiya Federasiyası arasında əməkdaşlıq Ukraynaya qarşı “müharibə başlamazdan əvvəl başlayıb”.

“Və son vaxtlar bununla bağlı konkret irəliləyişlər yoxdur”,- deyə o əlavə edib. Onun sözlərinə görə, Tehranın Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı mövqeyi tamamilə aydındır və rəsmi olaraq dəfələrlə bəyan edilib.

Qeyd edək ki, İran fevralın 24-dən bəri Ukraynaya qarşı müharibə üçün Rusiyaya pilotsuz təyyarələr satmadığını deyir. 2022-ci ilin iyununda İran özünün daşıyıcı raketinin ikinci sınağını keçirib. İyulun 10-da isə, məlum olub ki, İran uranın “silah” səviyyəsinə qədər zənginləşdirilməsinə başlayıb.

Xatırladaq ki, yayın əvvəlində CNN İranın “nüvə silahı yaratmağa həmişəkindən daha yaxın olduğunu” yazmışdı.

“The Guardian” kəşfiyyat məlumatlaırna istinadla xəbər verir ki, Ukraynadakı müharibə üçün Rusiya İranın silah qaçaqmalçılığı şəbəkələrinin köməyi ilə İraqdan silah alır.

Şərhlər bağlıdır.