UKRAYNA KƏŞFİYYATINDAN LAĞLAĞI?

İRANA PUTİN YOX, ONUN AXSAQ OXŞARI GEDİB

Ukraynanın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Kirill Budanov deyib: İrana Putin yox, onun axsaq oxşarı gedə bilərdi.

Mətbuatda guya şayiələr yayılıb ki, Vladimir Putin həqiqətən çox xəstədir və onun təmsilçi funksiyalarını dublyor yerinə yetirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə gedən Rusiya Federasiyasının rəhbəri Vladimir Putin deyil, onun tez-tez axsayan dublyoru olub.

Ukraynalı jurnalistlər kəşfiyyatçıya Putinin səhhəti ilə bağlı sual veriblər. O, işarə ilə cavab vermək qərarına gəlib. O, Rusiya Prezidentinin təyyarədən çıxma anına yenidən baxmağı xahiş edib.

“Mən Putinin vəziyyəti ilə bağlı suala birbaşa cavab verməyəcəyəm, sadəcə ipucu verəcəyəm. Baxın, zəhmət olmasa, Putinin təyyarədən düşmə anı jurnalistlər tərəfindən lentə alınıb. Bu, ümumiyyətlə Putindir?”- deyə Budanov sual verib.

Putinin təyyarədən düşmə anında Putin çox güclü axsayır.

Azerbaycan-ruznamesi.org: xəbər həqiqətən lağlağıya bənzəyir.Putinlə döyüş meydanında bacarmayanlar indi bu yola əl atıblar.

Şərhlər bağlıdır.