“QARABAĞA 100 MİN YEZİDİ KÜRDÜ KÖÇÜRÜLƏÇƏKDİR”
ERMƏNİ JURNALİST MƏNFUR PLANLARININ REALLAŞMAMASINDAN GİLEYLƏNİR
Kürd əsilli erməni jurnalist Boris Murazi İrəvanın kürdləri Qarabağda kütləvi şəkildə məskunlaşdıra bilməməsindən narazılıq edib.
Azerbaycan-ruznamesi.org xəbər verir ki, o, Azərbaycan torpaqları işğal altında saxlanılarkən qanunsuz məskunlaşdırma siyasətinin uğursuz şəkildə aparıldığını etiraf edib.
“2014-cü il hadisələrindən sonra yüz minlərlə yezidi kürdü Ermənistana, o cümlədən Qarabağa köçmək istədi. Təsəvvür edin ki, dövlətimiz bu istiqamətdə işə başlasaydı, insanlara Qarabağdakı şərait, durum barədə danışsaydı ən azı 100 000 yezidi kürdü bu ərazilərə köçəcəkdi. Hazırda 400 000 qaçqın çadırda yaşayır. Əminəm ki, onlar Qarabağa köçəcəkdilər. Çünki bu qaçqınlar artıq səkkiz ildir ki, çadırlarda yaşayırlar və Qarabağdan fərqli olmayan bir müharibə şəraitindədirlər. İraq Kürd muxtariyyətinin hakimiyyət orqanlarından fərqli olaraq, “Qarabağ hakimiyyəti” yezidiləri özünümüdafiə üçün silahla da təmin edirdi. Yezidilər dağlarda əla döyüşürlər”, – erməni jurnalist yezidi kürdlərlə bağlı mənfur planlarının reallaşmamasından gileylənib.
Şərhlər bağlıdır.