İranda 10 gündən çox davam etmiş son etiraz və iğtişaşların səbəbləri haqqında ölkənin ictimai-siyasi fikrində iki yanaşma mövcuddur.
Ekspert kimi çıxış edən və obyektiv mövqe sərgiləyən ictimi elmlər sahəsinin alimləri hadisələrin səbəbini cəmiyyətdə mövcud olan, həll edilməyən və daim yığılıb artan daxili siyasi, iqtisadi, sosial və mədəni problemlərdə görür, onların həll edilməsinin vacibliyni vurğulayır və xəbərdarlıq edirlər ki, əks təqdirdə etiraz və iğtişaşlar paralel olaraq daim artacaq, necə ki, hər bir kəs neçə ildir dalbadal bunun şahidi olur.
Hakimiyyətdə bilavasitə iştirak edən və ya orada status əldə enmək istəyən ideoloqlar hazırda monopol hakimyyətə sahib olan və mühafizəkar adlanan qüvvələrin mövqeyini əks etdirərək etiraz və iğtişaşların səbəbini xaricdə-Amerikada, İsraildə, Səudiyyə Ərəbistanında və onların iranlı xarici və daxili əlaltıları adlandırdıqları münafiqlər, şahpərəstlər/monarxistlər, separatistlərdə axtarırlar.
11 mehr 1401/3 oktyabr 2022-ci il tarixində Ali Hərbi məktəblərin birində buraxılış mərasimində çıxış edən İnqilab Rəhbəri sonuncu mövqeyi detallı şəkildə təkrar etdi.Etiraz və iğtişaşarın xaricilərin işi olduğunu vurğuladı.
Burada 1978-79-cu illər inqilabının gedişində şah mediasının hadisələrə münasibəti yada düşür.Şah rejiminin kütləvi informasiya vasitələri nəinki etiraz və iğtişaşların səbəbəni xaricilərdə görür, hətta küçələrə çıxan minlərlə, on minlərlə insanı da xaricilər adlandırırdı.Şah rejimi xalqın şahpərəst olduğunu və etirazçıların xaricilər olduğunu deyə-deyə hakimyyətdən əl çəkməli odu.
İNDI İNQILAB RƏHBƏRI VƏ ONU ƏHATƏ EDƏN QÜVVƏLƏR DƏ XALQIN İSLAM REJIMINƏ, RƏHBƏRƏ SADIQ OLDUĞUNU VƏ ETIRAZ VƏ IĞTIŞAŞLARIN XARICILƏRIN IŞI OLDUĞUNU DEYƏ-DEYƏ HƏMIN YOLU GEDIR.
Hazırki hadisələr və hakimiyyətin ona münasdibətdə sərgilədiyi mövqe deməyə əsas vereir ki, gec ya tez İnqilab Rəhbəri və İslam rejimi də şah rejimi kimi bir gün gözünü açanda özünü XARİCDƏ görəcək.
3 oktyabr 2022
Şərhlər bağlıdır.