Bu gün, 1 oktyabr 2022-ci ildə Türkiyənin Ankara şəhərində Güney Azərbaycanın özgürlüyü və qurtuluşu uğrunda İran-Fars rejimi ilə yorulmadan, qorxmadan mübarizə aparan Güney Azərbaycan siyasi-mədəni aktivlərin gəldiyi ortaq qənaətə əsasən yurd dışında Güney Azərbaycan Geçici Milli Məclisinin Təşkilat Komitəsinin yaradılması haqqında qərara gəliblər.
Təşkilat Komitəsi:
- Bir ay içində Güney Azərbaycan Geçici Milli Məclisinin Tüzüyünü (Əsasnaməsini) və fəaliyyət yönlərini hazırlasın;
- Güney Azərbaycanın 91-101 nəfərlik Seçici Məclis üzvləri müəyyənləşdirilsin;
- Güney Azərbaycan Geçici Milli Məclisinin tərkibini Güney Azərbaycan Seçici Məclisinin nümayəndələri müəyyənləşdirsin;
- Güney Azərbaycan Geçici Milli Məclisinin ilk toplantısının vaxtını və yerini müəyyənləşdirsin;
- Güney Azərbaycan Geçici Milli Məclisinin Təşkilat Komitəsinin yaranması ilə bağlı dünya kütləvi ilətişim araclarına bilgi verilsin.
Güney Azərbaycan Geçici Mühacir Milli Məclisinin Təşkilat Komitəsi
Şərhlər bağlıdır.