İRANDA ETİRAZLAR:

ÖLDÜRÜLƏNLƏRİN SAYI 252 NƏFƏR, 35 UŞAQ, HƏBS OLUNANLAR 13309

Kütləvi informasiya vasitələrinin verdiyi xəbərlərə görə sentyabrın 17-dən 24 oktyabra qədər İranda baş verən etiraz aksiyalarında 252 nəfər hökumət qüvvələri tərəfindən öldürülüb.

Bununla yanaşı öldürülənlər arasında 35 uşağın adının da olduğu və ən azı 13309 nəfərin həbs edildiyi qeyd edilib.

Onu da deyək ki, yüzlərlə ağır yaralı olduğuna görə, ölü sayının artacağı ehtimal edilir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.