HÜSEYN MİRTƏQƏVİ

ŞƏHİDİN PORTRETİNİ İŞLƏYƏRKƏN YAZILAN ŞEİR...

BİLMİRƏM

Ürək quşdur, ömrü boyu qəfəsdə…

Çırpıntısı məndə olan həvəsdən.

Asılıyam gedib-gələn nəfəsdən,

Nə qalıbdır son nəfəsə, bilmirəm!..

 

Hey güləşdim içimdəki nəfs ilə.

Nəfs uyuşmaz mənim kimi tərs ilə.

Kimsə varmı, sonda soyuq tər silə…

Kim gecikə, kim tələsə, bilmirəm!..

 

Tale ki, var, alnımızda yazılıb.

Yazılanda haqdan möhür basılıb!

Yarpaq ömrüm bir küləkdən asılı,

Nə vaxt gələ, nə vaxt əsə, bilmirəm!..

Kim gecikə, kim tələsə, bilmirəm!..

Nə qalıbdır son nəfəsə, bilmirəm!.

Şərhlər bağlıdır.