KALMIK XALQ KONQRESİ AZADLIQ İSTƏYİR

BƏYANNAMƏ İMZALANIB. BU ARZU REALDIRMI?

Kalmık Xalq Konqresinin üzvləri “Kalmıkiya Respublikasının dövlət müstəqilliyi haqqında” bəyannamə imzalayıblar.

Konqresin bəyannaməsində müstəqillik ideyasını doğuran səbəblərin sırasında Kremlin siyasətinin avtoritar və imperialist mahiyyətili olması, Rusiya tərəfindən işğal olunmuş qeyri-rus xalqlarının mədəniyyətlərinə və dillərinə total hücumlar edilməsi, mərkəzi hakimiyyətin beynəlxalq cinayətlər törətməsi, sərt mərkəzləşdirmə və militarizasiyanın dayandığı qeyd edilir. Kalmık Xalq Konqresi kalmık xalqının iradəsini təmsil edən yeganə legitim qurumdur.

Kalmık xalqının liderləri beynəlxalq aləmi Kalmıkiyanın müstəqilliyini tanımağa çağırıblar.

Kalmıkiya ilə yanaşı, Tatarıstan, Çeçenistan, Dağıstanda müstəqillik uğrunda mübarizə qızışıb.

Çeçenistan artıq müstəqilliyinin beynəlxalq aləm tərəfindən tanınması mərhələsinə qədəm qoyub.

Bu arzu nə dərəcədə realdır?
Rusiya mətbuatından

Şərhlər bağlıdır.