Biri deyir ki, dünya fanidir, hökm Allahındır və özünüzü əbədi axirətə hazırlayın. Yer üzündə ədalət ancaq göydəki İsanın dublyoru İmam Zaman qayıdandan sonra mümkündür. O biri deyir ki, qadınlara azadlıq istəyənlər qeyrətsizlərdir. Üçüncüsü deyir ki, bəşər cəmiyyəti meydana gələndən iki bir-birinə zidd cərəyan mübarizə aparır. Biri ailəni dağıtmaqla məşğul olur. Bu, Qərbdir. Digəri ailəni möhkəmləndirməklə məşğul olur. Bu, İslam və xüsusən İslamın İran variantıdır. Çünki yalnız İslamın İran variantı Qadın azadlığı sahəsində Qərb və Şərqdən fərqli ÜÇÜNCÜ model təklif edib və bütün dünyanı qorxuya salıb, ona görə İran siyasi sistemini məhv etməyə qalxışıblar, amma Allahın yardımı ilə məğlubiyyətə düçar oldular.
Vidadi Mustafayev
Şərhlər bağlıdır.