ÇAVUŞOĞLU: TALİBANIN QIZLARIN UNİVERSİTETDƏ OXUMASINI QADAĞAN ETMƏSİ İSLAMA UYĞUN DEYİL

Əfqanıstanda Taliban hökuməti tərəfindən qızların universitet təhsili almaqlarına qadağa qoyulması İslama uyğun deyil, qeyri-insanidir. Biz belə bir qadağanı rədd edirik.

Azerbaycan-ruznamesi.org APA-nın İstanbul müxbirinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yəmənli həmkarı Əhməd Avad bin Mubarəklə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bu qərar ciddi narahatlıq doğurur.

“Biz həmişə Talibana tövsiyəmizi təkrar etmişik. Dedik ki, inklüziv olun, heç kimi kənarlaşdırmayın. Qızların təhsili ilə bağlı fikirlərimizi bölüşdük. Bu nə İslami, nə də humanitar qərardır. Biz bu qərarı rədd edirik. Ümid edək ki, onlar bu qadağadan tez bir zamanda vaz keçəcəklər. Qadınların təhsil almasına mane olmağın hansı faydaları var? Dinimiz İslam təhsilin əleyhinə deyil. Bilik və elmi təbliğ edir. Biz də əfqan qardaşlarımıza təhsil və təqaüd verməyə davam edəcəyik”, – deyə o vurğulayıb.

Şərhlər bağlıdır.