DOSTUNUN KİM OLDUĞUNU SÖYLƏ…

1992-93-cü illərdə Azərbaycanı vətəndaş müharibəsinə sürükləyən və ölkəmizi parçalamağa çalışan separatçı Ələkrəm Hümbətova İranda anım mərasimi keçiriləcək.

Axar.az xəbər verir ki, bununla bağlı İranda vərəqələr yayılıb.

Vərəqələrdə “talış-muğan muxtar cumhuriyəti”nin banisi kimi təqdim olunan Ələkrəm Hümbətovun anım mərasiminin yanvarın 7-də Tehranın Psixologiya İnstitutunun akt zalında keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Ə.Hümbətov mühacirətdə olduğu müddətdə dəfələrlə Ermənistana səfər edərək, Azərbaycan əleyhinə çıxışlar etmişdi.

Ələkrəm Hümbətov 2022-ci ilin dekabrın 22-də ölüb.

Azerbaycan-ruznamesi.orgdan: rəqəmlərdən göründüyü kimi ötən il İranda özünə oxşar şovinistlər Ələkrəm Hümbətova təntənəi surətdə anım mərasimi keçiriblər. Yaxşı deyiblər ki, dostunu göstər, sənin kim olduğunu deyək. Ələkrəm Hümbətov xalqımızın tarixinə, milli birliyinə qara ləkədir.

Şərhlər bağlıdır.