TEHRANDAKİ SƏFİRLİYƏ HÜCUM

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı və cinayətkar hücum Azərbaycan Respublikası və Güney Azərbaycan xalqının evlərinə edilən hücumla eynidir. Bu cinayət əməlinin pərdə arxasındakı insanları və məqsədini aşkar edib tanıtmaq İranın üzərinə düşür. İslam Respublikasının təcavüzkarın şəxsi problemi olması ilə bağlı bu gülünc iddiası Azərbaycan Respublikasına qarşı törədilmiş bu terror aktına haqq qazandıra bilməz, çünki hamı bilir ki, kiminləsə şəxsi mübahisəsi, ailə problemi olan bir şəxs Kalaşnikov avtomatı ilə bir ölkənin səfirliyinə hücum etmir. Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə bu cinayətkar hücumun arxasında duran şəxsləri və bəlkə də təşkilatı və məqsədləri tanıtmaq İran İslam Respublikasının vəzifəsidir.

Abdulla Əmir Haşimi Cavanşir

Şərhlər bağlıdır.