Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında yaşayan peşəkar jurnalistin qələmə aldığı orijinal “nekroloq”u diqqətlə oxuduq. Mətndə mərhumun haqq etdiyi ömür yolu qısa və konkret surətdə, artırıb-azaldılmadan, “xidmətlərinə” uyğun yazılmışdı:
-Böyük manqurt və nəzəriyyəçinin ölümündən sonra “İranşəhr şovinistlərinə” Turc-Dəryayi, Amin-Sofiyamehr və Kameliya Əməkxakabi fars-İran faşizminə rəhbərlik edəcəklər.
Mətndə adı çəkilən Cavad Təbatabayi qeyri-fars dillərinin sıradan çıxarılmasının və xalqın mütləq surətdə farslaşdırılmasının ömrü boyu tərəfdarı olub.
Cavad Təbatabayinin kimliyini yadda saxlamaq üçün tərcümeyi-halına nəzər salaq: 14 dekabr 1945-ci ildə Təbrizdə doğulub. 77 yaşında Los –Ancelesdə vəfat edib. Hegelin siyasi fəlsəfəsi (?) mövzusunda dissertasiya müdafiə etsə də tamamilə başqa bir mövqe nümayiş etdirib. Əslində İranda siyasi fikir tarixində “vilayəti-fəqih” rejiminin dəst-xəttinin müdafiəsinə üstünlük verib. Bunu onun İranda və Avropada siyasi fikir tarixinə dair kitabları sübut edir.
Tehran Universitetinin hüquq və siyasi elmlər fakultəsinin dekanı, Sirakus Universitetinin əməkdaşı olub. Yəni ömrü boyu hüquqa, haqqa deyil nökəri olduğu rejimlərə xidmət edib.
Şərhlər bağlıdır.