Mənhus İran millətçi-molla rejimi dini-məzhəbi bir olan şimal qonşusuna qarşı düşmənçilik niyyətlərini daim nimayiş etdirməklə məşğuldur. Onun şimal-qərb bölgəsində bəzi əsilsiz-nəsilsiz ideoloqlarından olan Həqiqətpur adlı birisi ağalarının bəd əməllərinə haqq qazandırmaq məqsədi ilə hələ bir ekspert kimi fikir də söyləyir.
Bu, fars elitası sıralarına daxil olub, orada qalmaq arzusu ilə yanan, lakin etibar edilməyən, keçmiş SEPAH zabiti, sonra siyasətə üz tutan, nə qədər də mənsub olduğu xalqın əleyhinə danışsa da, yaltaqlığına görə ciddi inam və etibar qazanmayan, siyasət aləmindən uzaqlaşdırılan şəxsiyyətsiz insan indi də Qafqaz regionu üzrə ekspert kimi hakimiyyətə yaranmağa çalışır.
Bu adam redaksiya heyəti özü kimilərdən ibarət olan məlun “anaj” saytına müsahibəsində İranın Zəngəzur dəhlizinə qarşı zahirən ağılsızcasına, lakin fasid və qərəzli məqsədlərlə dirənməsinə haqq qazandırmaq üçün deyir ki, Zəngəzur dəhlizi İsrailin marağına xidmət edir.
Lakin onun Zəngəzur dəhlizinə qarşı ən inandırıcı arqumenti NATO təhlükəsi ilə bağlıdır. O deyir: “Hansı sağlam düşüncə NATO-nun ayağının bizim sərhəd zolağımıza açılmasına dözə bilər?” Yəni Türkiyənin buradan sərbəst keçməsinə dözə bilmərik.
Ekspertin “sağlam düşüncə” sahibi olduğu qətiyyən şübhə doğurmur, çünki Ermənistana sevgisi və Azərbaycana düşmənçiliyi nəticəsində onun Iranla sərhədini fırıldaqla və ya da sadəcə olaraq savadsızlıq üzündən uzadaraq 40 km-dən 60 km-ə çatdırıb. Savadsızlıq və ona əsaslanan qərəzlilik və yaltaqlıq bu ekspertə daha çox yuğun gəlir. Çünki o, İranın Zəngəzur dəhlizinə qarşı çıxmasını bir tərəfdən İsrail, digər tərəfdən NATO təhlükəsi ilə izah etməyə və əsaslandırmağa çalışır.
Amma ekspert bilməli idi ki, artıq onun ölkəsi 71 ildən çoxdur ki, NATO –nun (1952-ci ildən) ən güclü ölkələrindən olan Türkiyə ilə qonşudur. Özü də bu qonşuluq kiçik (40 km) sərhəd zolağını deyil, 534 km bir zolağı əhatə edir. Sonra ,həmin o NATO ölkəsi olan Türkiyənin, artıq tarixə keçmiş son bir neçə il nəzərə alınmasa, ən yaxın əməkdaşlıq etdiyi ölkələrdən biri İsrail olub və indi yenidən münasibətləri sürətlə bərpa olunur. Amma İranın millətçi-molla rejimi Türkiyəyə İsrail ilə çox sıx əməkdaşlıq etdiyinə görə heç vaxt etiraz edə bilməyib.
Şərhlər bağlıdır.