Yaxşı dost, məsləkdaş heç vaxt unudulmur!

Dörd il əvvəl, yanvarın 28-də Azərbaycan Demokrat Firqəsinin Avropa Komitəsi
Ənvər Börüsoyun vaxtsız itkisindən üzüldüyünü yazmışdı. İndi həmin vaxtdan
4 il ötür. Yanvarın 28-də bu tarixi həmişə qeyd edirik. Ona görə də həmin gün
unudulmaz tarixlərdən birinə çevrilib.
Görkəmli sənətşünas, publisist, jurnalist Ənvər Börüsoyun vəfat etməsi ilə bağlı
acı xəbər Azərbaycanın hüdudlarından da kənara çatdı. Bir qədim dostu və
firqəçi yoldaşımızı itirdik, ruhu şad, xatirəsi əziz olsun. Bu sarsıntılı xəbərdən
Azərbaycan Demokrat Firqəsinin müxtəlif ölkələrdə məskunlaşan Avropa
Komitəsinin üzvləri də üzüntü keçirdi.
Ənvər bəylə yoldaşlığımız 1992-ci ildən başlamışdı. “Güney Azərbaycan”
jurnalının redaktoru, rəhmətlik Seyidağa Onullahi və başqa dəyərli yoldaşlarla
birlikdə nəşrin ərsəyə gəlməsində daim bilik və bacarığımızı əsirgəmədik.
Ənvərlə dostluq və məsləkdaşlığımız sonadək davam etdi.
O, istedadlı jurnalist, səmimi və mübariz insan kimi qəlblərdə yaşayacaq. Ənvər
Börüsoyun əziz xatirəsi həmişə bizimlə qalacaqdır. Mərhumun ailə üzvlərinə,
məsləkdaşlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Azərbaycan Demokrat Firqəsinin Avropa Komitəsi

 

Şərhlər bağlıdır.