Məsələ hüquqi müstəvidə həllini gözləyir

Bu gün ayın 13-dür, sabah Ramana qəsəbəsində camaat
elliklə qəbristanlığa axışacaq. Belə günlərdə vəfat edənlər
dirilərdən çox doğmaları, yaxınları, dost-tanışları olduğu
insanlara daha yaxından təmaslarına ehtiyac duyurlar. Ona
görə qəbristanlığa bir gün əvvəl baş çəkmişdik ki, ola biləcək
səs-küylə ətrafı narahat etməyək. Onu da deyək ki, bu
qəbirlərin əksəriyyəti də Cənubi Azərbaycandan, Qərbi
Azərbaycandan, hələ də blokada sərhədlərini təzə-təzə
yarmaq istəyən Naxçıvandan gələnlərin simasında mühacir,
məcburi köçkün və gəlmələr olduğundan taleləri bir-birinə
daha yaxın və doğmadır. Buna görə də bu məzarıstanı sözün
əsl mənasında həsrət, niskil, ata-baba yurdundan uzaq
düşənlərin son mənzili də adlandırmaq mümkündür.
Çox təəssüf ki, səfərimizin təsadüf etdiyi martın 13-ü ovqat
açan sözlərdən yox, qınaq, gileylər, şikayət üzərində qurulan
mətndən ibarətdir. Hələ qurumamış sətirlərin sonluğu belə
bitir: “Bağışla, Hüseyn kişi biz sənin yadigarlarını qoruya
bilmədik. Goreşənlər, vandallar keşiyində dayanmalı
olduğumuz körpə balaların-nəticələrin hətta məzarlarını belə
qoruya bilmədik”.
Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi bu fakta lazımi
qiymət vermək, goreşənləri qanunun dili ilə cəzalandırmaq,
belə halların bir daha təkrarlanmasına yol verməmək üçün
çəkiliş qrupunu da özü ilə götürmüşdü. İstedadlı jurnalist,
telekanalın rəhbəri İlham Rəsulzadə bizə çəkiliş üçün bütün
dəstəyi verdi. O, işini peşəkarcasına yerinə yetirirdi. Suallar
verir, müsahibələr alır, sonda isə daha cəsarətli görünmək
istəyən qəbir qazanı elə məntiqi cəhətdən diz çökdürdü ki,
günahı öz üzərindən atmaq üçün mənasız bəhanələrə əl atdı.
Halbuki onun hər hansı bir qəbri qazması üçün əlində icazə
kağızı, müvafiq dövlət sənədləri olmalı idi.
Çox ağlamalı, təəssüf doğurmalı bir günah olduğundan
məlum olurdu ki, burada ölülərin taleyi ilə oynayan bir şəbəkə
vardır ki, məsələyə mütləq hüquqi müstəvidən müdaxilə
edilməlidir.
İndi isə qısa da olsa Mərənddə anadan olmuş, 1945-1946-cı
illərdə “21 Azər” hərəkatının tanınmış simalarından sayılan
Hüseyn Rzaşüvarinin tərcümeyi-halına qısa da olsa nəzər
salaq. Tanınmış inqilabçının, siyasi xadimin o taylı-bu taylı
Azərbaycanda göstərdiyi xidmətlərə diqqət yetirsək gərək
kitab yazaq. Ömür yolu 20 Yanvarda başa çatıb,
Azərbaycanın ikinci müstəqilliyinə həyatını fəda edib.
Nizamiyə gəldikdə isə 1956-cı ildə Sərabda anadan olan bu
gənci 4 il sonra gəmi ilə qaçırıb, Azərbaycana gətiriblər. Bu
qaçaq səfərində yaşıdları olan qaçqınlarla tanış olub. Əgər
onlar vaxtında ölkəni tərk etməsəydi indi şah rejiminin əlaltıları
kimi yetişəcəkdilər.
Atası məcburiyyət qarşısında qalıb körpə Nizamini böyütmək
üçün ikinci dəfə evləndi. Bu qadın ona həyatının sonuna
qədər ikinci ananı əvəz etdi. İndi isə qəbri Hüseyn kişi ilə birgə
əbədi ünvandadır.
Valideynləri Nizamini əsl vətənpərvər kimi böyütdülər. Əvvəl
Yevlaxda, sonra Ramana qəsəbəsində, Bakıda Seyid Cəfər
Pişəvərinin adını daşıyan internatda və nəhayət İvanovoda
beynəlxalq internat məktəbində təhsil aldı. Peşəkar hərbçi
oldu. Əfqan müharibəsində döyüşdü, rus qoşunları 20
Yanvarda xalqımıza qarşı qətliam törədəndə mübarizlər
sırasında dayandı. İndi 20 Yanvar Cəmiyyətində NəzarətTəftiş Komissyasının sədridir.
Nizami milli ordunun fəallarından olub, bacısı da şəhid
olanadək tibb işçisi kimi döyüşçülərə xidmət göstərib…
N.Rzaşüvari mehriban övladlar boya-başa çatdırıb. Hər ikisi
əlbəyaxa döyüş üzrə tanınmış idmançıdır. Amma qəsəbədə
səsləri çıxan gördüm deyən yoxdur…
Kənardan dayanıb müsahibələrə qulaq asdıq. Məsələ mütləq
hüquqi müstəvidə həllini tapmalıdır. Əgər bu baş verməsə
haqq-ədalət yerini tapmayacaq.
Nə olar, mütləq gözləyək.
İndi isə Bakı Milli Televiziyasının çəkdiyi süjeti video
müsahibəni oxuculara təqdim edirik.

 

Şərhlər bağlıdır.