İran güneyli alimini asacaq, İsveç XİN-i isə işə qarışdı, amma…

İranda edam riski ilə həbsdə saxlanılan güneyli alimin xanımı İsveç
XİN rəhbəri ilə görüşdən sonra deyib ki, çox məyusdur.
Güney Azərbaycana bağlı Telegram kanalları yazır ki, ikili vətəndaşlığı olan
güneyli alim Əhmədrza Cəlali hazırda İranda edam cəzası riski ilə
mühakimə olunur.
Onun xanımı Vida Mehrannia qızı ilə birlikdə dünən ərinin azadlığa
buraxılmasına razı salmaq üçün İsveçin xarici işlər naziri Tobias Billström
ilə görüşüb.
Azerbaycan-ruznamesi.org-un əldə etdiyi məlumata görə xanım
Mehrannia görüşdən sonra deyib: “Onlar mənə dedilər ki, bu məsələnin
üzərində işləyirlər, ancaq heç nə dəqiqləşdirməyiblər. Mən çox məyus
oldum”.
İsveçin XİN başçısı isə güneyli alimin xanımı ilə görüşün ardınca bildirib:
“Mən cənab Cəlalinin ailəsinin məyus olmasına dərindən kədərlənirəm.
Ancaq bu görüşdə nələrin müzakirə edildiyi barədə detallara varmaq
istəmirəm”.

Qeyd edək ki, Əhmədrza Cəlali 2016-cı ildə elmi konfransa qatılmaq üçün
İrana səfər etdikdən sonra tutulub. 2017-ci ildə o, “İsrailə casusluq
etmək”də günahlandırılaq edam cəzasına məhkum edilib.

Şərhlər bağlıdır.