İran və ABŞ arasında kritik razılaşma

ABŞ və İran arasında razılaşma nəticəsində İran tərəfindən saxlanılan 5 ABŞ vətəndaşı Tehran
həbsxanasından ev dustaqlığına köçürülüb. Birləşmiş Ştatlar da öz növbəsində bir çox iranlı məhbusu
azad edəcəyini və İranın əldə edə bilmədiyi bəzi fondlarına çıxışa icazə verəcəyini bildirib.
İran tərəfindən saxlanılan 5 ABŞ vətəndaşı Tehrandakı Evin həbsxanasından ev dustaqlığına, otelə
köçürülüb. Təqsirləndirilən amerikalıların vəkili bildirib ki, bu inkişaf ABŞ müttəhimlərinin İranı tərk
etmələri üçün mühüm ümiddir.
Vəkil Jared Genser bildirib ki, iranlı amerikalılar arasında 51 yaşlı iş adamı Siamak Namazi və 58 yaşlı
Emad Shargi, həmçinin Britaniya vətəndaşı olan 67 yaşlı ekoloq Morad Tahbaz da var. Dördüncü və
beşinci ABŞ vətəndaşlarının kimliyi hələ açıqlanmayıb.
Bir mənbədən Reuters agentliyinə bildirilən məlumata görə, beş müttəhimin İranı tərk etməsinə icazə
verilməsi üçün sentyabr ayına qədər vaxt lazım ola bilər. İranın bu razılaşmadan dərhal qazanc əldə
etməyəcəyini bildirən mənbə, ABŞ-ın İranın bloklanmış bəzi fondlarını blokdan çıxara biləcəyini
bildirib.
Sözügedən blokun İranın Cənubi Koreyadakı 6 milyard dollarlıq fondu olduğu bildirilib və fondun ABŞ
lı müttəhimlər İranı tərk etdikdən sonra aktivləşdiriləcəyi və bir çox iranlı məhbusun sərbəst
buraxılacağı bildirilib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.