İran mətbuatı helikopter qəzasında dünyasını dəyişən ölkənin keçmiş prezidenti İbrahim Rəisinin peycerlə çəkilən görüntüsünü paylaşıb.
Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.
İran mediası iddia edir ki, bu görüntü 2022-ci ildə Pakistan xarici işlər naziri ilə görüşə aiddir.
Xatırladaq ki, dünən bütün Livan ərazisi boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib.
Partlayan rabitə cihazları “Hizbullah” hərəkatının üzvlərinə məxsus olub. Partlayışda İranın Livandakı səfiri də yaralanıb.
Musavat.com
Şərhlər bağlıdır.