İranın Gərmsar rayonunda neft zavodunda partlayış və
yanğın olub.
Məlumatı İran Qızıl Aypara Cəmiyyətinin Gərmsardakı
bölməsi yayıb.
Bildirilib ki, hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər
cəlb olunub.
Hadisə nəticəsində yaralananların sayı 25-i ötüb.
Gərmsar İranın Semnan əyalətində yerləşir. Şəhərdə elmi
mərkəz var. İranın keçmiş prezidenti Mahmud Əhmədinejat
Gərmsarda anadan olub.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.