İran İsraili niyə Təbrizdən vurdu? – 3 sensasion səbəb

İranın İsrailə 1 oktyabrdakı raket hücumunun ən diqqətçəkən
detalı atəşin həm də Təbriz və Güney Azərbaycanın digər
ərazilərindən açılması idi.
Raketlər niyə məhz Təbrizdən atılıb?
Birincisi, İran İsrailin 1 oktyabrdakı raket hücumuna daha sərt
cavab zərbəsi vuracağını yaxşı bilir. Təcrübəyə əsaslansaq, ilk
hədəf adətən hücumun edildiyi bölgə, obyekt və ya məkan olur. Yəni
məntiqlə İsrail cavab zərbəsini ilk Təbrizə endirməlidir. Fikrimcə,
İran Tehran, İsfahan, Yəzd, Məşhəd, Kirman, Bəndər-Abbas kimi
ərazilərin vurulmaması üçün Təbrizi və Güney Azərbaycanın digər
şəhərlərini hədəfə gətirir.
İkincisi, Təbriz sırada şəhər deyil və İsrailin buranı vurması
proseslərin seyrini dəyişə bilər. İran bunu yaxşı bilir. Hər şeydən
öncə Təbriz Güney Azərbaycanın mərkəzi şəhəridir. Əhəlinin mütləq
əksəriyyəti isə müsəlman azərbaycanlılardır. İsrail Tərbizdəki hərbi
obyektləri vurduğu an İran bunu “İsrail Təbrizi vurdu” ya da “İsrail
azərbaycanlılara soyqırım” edir kimi təqdim edəcək. Bu isə öz
növbəsində həm dünya azərbaycanlılarının, həm də türk dünyasının
İsrailə qarşı cəbhə almasına səbəb ola bilər.
Onu da deyim ki, son illərdə İsrail-Güney Azərbaycan məsələsi
olduqca aktivdir və bu, Tehranı narahat edir. Əslində, İsrailin Təbrizi
vurması İran üçün göydəndüşmə olar.
Üçüncüsü, İsrailin Təbrizi vurması Təl-Əvivlə Bakının arasını aça
bilər. Hətta belə bir addımın atılmasının iki ölkənin münasibətlərinin
gərginləşməsinə səbəb olması da mümkündür. Bakı və bütövlükdə
Azərbaycan xalqı belə bir hücumu heç bir halda təmkinlə
qarşılamaz. Azərbaycan ictimaiyyəti də məsələyə səssiz qalmaz və
İsrail ciddi tərəfdar itirər. Bu da İranın arzuladığı ssenaridir.
Nəticə etibarilə İran İsrailə raket hücumunu Təbrizdən edərək
yuxarıda qeyd etdiklərimə nail olmaq istəyir. İstisna deyil ki, İsrail də
bu tələni sezib. Yəni Təl-Əvivin Bakıya rəğmən Təbrizi vurması real
deyil. Lakin İsrail 1 oktyabrdakı raket hücumuna gec-tez cavab
cavab verəcək.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Şərhlər bağlıdır.