Bakı, 21 noyabr, AZƏRTAC
İndi ilkin mövqedən çıxmağın və mümkün kompromis sahələrini tanımağın vaxtıdır. AZƏRTAC-ın məlumatına görə, bu sözləri BMT Baş katibi Antonio Quterreş Bakıda keçirdiyi mətbuat konfransında deyib.
“Mən COP29-da danışıqlar aparan şəxs deyiləm. Ancaq nümayəndə heyətlərini dinləmişəm. İndi ilkin mövqedən çıxmağın və mümkün kompromis sahələrini tanımağın vaxtıdır. Hələ də vaxtımız var. Düşünürəm ki, bu mümkündür. Əminəm ki, razılaşmaya nail olunacaq. Əsas məsələ tərəflərin ilkin mövqeyinin nə olması deyil. Əsas məsələ ambisiyalı nəticələrə gətirib çıxaracaq kompromis yollarını tapmaqdır”, – deyə Quterreş bildirib.
Şərhlər bağlıdır.