Azerbaycan-ruznamesi.org “21Azər hərəkatından doğulanlar” rublikasını açandan sonra redaksiyamıza Danimarkadaki “Vətən”Cəmiyyətinin sədri Səfır Sadiqi tərəfindən bir neçə fotoşəkil ünvanlandı. Tanış sima idi. Mayor Məmi Sadiqi ilə gəncliyimizdə Azərbaycan Demokrat Firqəsində rastlaşmışdıq. Ona hamının hörmətlə yanaşdığını görmüşdük. Öyrənmişdik ki, ADF-nin ilk üzvlərindən biri olub. Milli Ordunun mayoru kimi inqilabın nailiyyətlərinin qorunmasında zabit heyətinə nümunə göstərib.
Onun barəsində ən çox danışılan söz-söhbət inqilabın ilkin mərhələsində general, sonralar Azərbaycan Demokrat Firqəsinin uzun illər sədri olmuş, düşmənlərinin diri-diri basdırdıqları Qulam Yəhyanı torpaq altından çıxarması, ömürlərinin axrınadək aralarındaki dostluq olub.
Səfər müəllim Sərabda anadan olmuş, atasının qısa və mənalı həyatı barədə məlumatının geniş olmamasını onu cəmi 5 il gördüyü ilə əsaslandırdı. Lakin “21 Azər” medalının bu nəsil üçün ən qiymətli yadigar sayıldığını dedi. Vurğuladı ki, Bakiya gələn kimi mütləq görüşəcək, daha ətraflı məlumat əldə etməyimizə köməyini əsigəməyək.
Şərhlər bağlıdır.