Avropa Parlamenti Gürcüstanda mövcud hakimiyyətin legitim tanınmamasına
və boykot edilməsinə çağıran qətnamə qəbul edib, həmçinin Salome
Zurabişvilini respublikanın “prezident”i kimi tanıyıb.
Bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Səsvermənin nəticələrinə görə, Gürcüstanla bağlı qətnamənin lehinə 400 səs
verilib. 63 deputat əleyhinə olub, 81 deputat isə bitərəf qalıb.
Sənədin mətnində deputatlar Gürcüstanda keçirilən seçkilərdən sonra hakim
“Gürcü Arzusu” partiyasının yaratdığı hakimiyyət orqanlarını tanımaqdan imtina
ediblər. Eyni zamanda, Avropa Parlamenti Mixail Kavelaşvilini legitim dövlət
başçısı hesab etməkdən imtina edib. Avropa Parlamentinin deputatları bəyan
ediblər ki, Salome Zurabişvilini Gürcüstanın hazırkı “prezident”i kimi tanımağa
davam edirlər.
“Avropa Parlamenti hakim “Gürcü Arzusu”nun Avropaya inteqrasiya və NATO
ya üzvlük yolundan döndüyünə görə dərin təəssüf hissi keçirsə də, gürcü
xalqının legitim istəklərinə sarsılmaz dəstəyini bir daha təsdiqləyir”, – deyə
kommünikedə bildirilib.
Necə deyərlər, Avropa Parlamenti ölkədə səsvermənin nəticələrini bir
kənara atıb Salome Zurabişvili kimi gürcülərin səs vermədikləri bir adamı
özləri “prezident seçirlər”. Bərəkallah belə demokratiyaya!
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.