Şok sənədlər, fotolar korrupsiyadan danışır

Dövri beynəlxalq araşdırmaçı məqalələri ilə tanınan “Observer Online”nın növbəti “Makronun adamlarının qalmaqallı korrupsiyasına dair sənədlər yayılıb” başlıqlı yazısında sanksiya altında olan milyarderlərin əmlaklarının həbsdən çıxarılması müqabilində Fransa Prezidentinin Mühafizə Xidmətinin rəisi A.Benalla və Fransanın məşhur “Saur” şirkətinin vitse-prezidenti A.Derrazın (Azərbaycanda istintaq altındadır) hesablarına külli miqdarda rüşvət vəsaitlərinin köçürüldüyünü təsdiq edən  sənədlərdən nümunələr yayımlanıb.
Azerbaycan-ruznamesi.org “Observer Online”ın sensasion yazısının Azərbaycan
dilinə tərcüməsini və yayımlanmış sənədləri olduğu kimi təqdim edir.
“Məlum olduğu kimi, bir müddət əvvəl Böyük Britaniya mətbuatında 2018-ci ildə
Azərbaycan əsilli Rusiyalı milyarder Fərhad Əhmədovdan “Luna” adlı yaxtasının
beynəlxalq həbsdən azad edilməsi müqabilində Fransa Prezidenti Emmanuel
Makronun mühafizə xidmətinin rəisi Aleksandre Benallanın və sonuncu ilə əlbir
olan şəriki Mərakeş əsilli Fransa vətəndaşı Anass Derrazın 6.140.000 ABŞ
dolları rüşvət istədiklərinə görə Azərbaycanın xüsusi xidmət orqanlarında cinayət işi aparıldığına dair qalmaqallı məqalə dərc edilmişdi.
Məqaləyə əsasən, F.Əhmədov həmin pulun bir hissəsini A.Benallanın “BANK OF
AFRICA UNITED KINGDOM PLC SC PAR”-ın Fransa filialında açılmış
2701000091503№li bank hesabına və A.Derrazın “AL HİLAL BANK”-da açılmış
024071984024 №li hesabına köçürmüşdür.
Fransanın özündə məsələ ciddi səylə ört-basdır edilsə də, faktla bağlı
Azərbaycan dövlətinin təhlükəsizlik orqanında aparılan cinayət işi üzrə cinayətin
iştirakçısı, “xüsusi xidmətləri”nə görə sonradan Fransanın ən nəhəng su və
kanalizasiya sistemləri çəkilişlərini həyata keçirən beynəlxalq şirkəti – “Saur”
şirkətinin vitse-prezidenti vəzifəsinə yüksəlmiş A.Derraz Azərbaycanda istintaqa cəlb olunaraq ev dustaqlığı vəziyyətindədir, A.Benalla isə beynəlxalq axtarışa verilmişdir.
Fransanın Azərbaycandakı səfirliyi müraciətlərinin ardı-arası kəsilməyən
A.Derrazı müdafiə etməkdə acizlik nümayiş etdirir. Məsələnin mahiyyətinə görə
çətin vəziyyət qarşısında qalan Fransanın aidiyyəti qurumları daha çox
beynəlxalq sanksiyada olan şəxslərdən rüşvət alınması mövzusunun
ictimailəşməsinin doğuracağı nəticələrdən ehtiyatlanır.
Rüşvətin həqiqətən baş tutduğunu təsbit edən redaksiyamız, onun
leqallaşdırılması üçün hüquqşünas olmayan A.Benalla və A.Derraz ilə
F.Əhmədov arasında hüquqi xidmət müqaviləsi adı altında imzalanmış 3 tərəfli
müqavilə, habelə F.Əhmədovdan A.Benallanın və A.Derrazın hesablarına pul
vəsaitləri köçürülməsinə dair bəzi bank çıxarışlarını əldə etmiş və geniş oxucu
kütləsinə təqdim edir.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir”.

Şərhlər bağlıdır.