İranın lideri Əli Xamenei çərşənbə günündəki çıxışında deyib: Tehranın hərbi
tərəqqi, o cümlədən raketlərinin dəqiqliyinin inkişaf etdirilməsi
dayandırılmamalıdır. Beləliklə rəhbər militarizmin baş xətt olduğunu bird aha
təsdiqləyib.
Rəhbər müdafiə nazirliyi rəsmiləri ilə görüşündə deyib: tərəqqi bütün hərbi
sektorlarda davam etməlidir. Məsələn, əgər bir vaxtlar raketlərimizin dəqiqliyi
üçün müəyyən limit var idisə və bu gün onu artırmaq lazımdırsa, bunu
etməliyik.
Xatırladaq ki, İran rəsmiləri Donald Trampın hakimiyyətə gəlişinin ilk günlərində
Amerika ilə danışıqlara hazır olduqlarını bildirsələr də, indi onlar bu
yanaşmadan kənar, təhdid dili ilə danışmağa başlayıblar.
İran prezidenti Məsud Pezeşkian bazar ertəsi Trampın İranı diz çökdürmək
istəməkdə ittiham edib.
Bildiririk ki, Amerika prezidenti Donald Tramp fevralın 4-də İrana qarşı yeni
sanksiyalar layihəsi hazırlamağı tapşıran sərəncam imzalayıb və İranla
danışıqlara ümüd etdiyini bildirib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.