Qadın Yer üzünün ən müqəddəs, şərəfli, Cənnətin ayaqları altında olan
varlığıdır. Lakin planetimizin bir sıra guşələrində elə yerlər var ki, onlar da bəşəri
azadlıqlardan danışır, lakin bütün bunlar sözdən uzağa keçə bilmir. Yəni,
insanların bəşəri hüquqları var gücü ilə tapdalanır, zorakılıq dövlət siyasəti
səviyyəsində həyata keçirilir. Vətənimizin Şimali ilə Cənubi arasındakı
vəziyyətə nəzər salsaq açıq-aşkar fərqlər aydın görünür. Yalnız bir məsələyə –
hicaba nəzər salaq.
Vətənin Şimali ilə Cənubuna baxanda elə bilirik ki, tamam fərqli qitələrdəyik. Bir
tərəfdə Kişilər sevimli insanları gül-çiçək dəstələri ilə təbrik edir, digərində isə
hicabsız cəmiyyət uğrunda mübarizə aparan xanımlarımız, övladlarımız, qız
gəlinlərimiz dar ağacını belə seçməkdən çəkinmirlər. İstəməzdik bu bayram
günündə onlarca məhbusun adını çəkək. Amma nə edəsən, həqiqəti
danışmadıqsa qarşı tərəfin insafa gələcəyini gözləmək əbləhlikdir. Burada bir
misal da yada düşür: “Zülmün topu var, gülləsi var, qalası varsa, haqqın da
bükülməz qolu, dönməz üzü vardır”.
Bizə isə Cənublu ana-bacılarımıza qələbəli günlərin yaxınlaşmasını
arzulamaqla yanaşı bütün İrana, mübariz insanlara qələbə və yalnız qələbə
arzulayırıq!
Rəhim Hüseynzadə,
Azərbaycan Demokrat Firqəsinin Sədri
Şərhlər bağlıdır.