GENERAL MÖHSÜN MİLANİYAN

MİLLİ ORDUNUN GENERALLARI 

  Möhsün Milaniyan 1908 -ci ildə anadan olmuş, Tehranda orta məktəbi bitirmiş və Tehranda hərbi məktəbə daxil olmuşdur. Hərbi məktəbi bitirdikdən sonra müxtəlif əyalətlərdə şah ordusunda  xidmət edərək, sərhəng (polkovnik) rütbəsinə qədər yüksəlmişdir.

Şah ordusunda ədalətsizliyi gördükdən sonra M.Milaniyan 1943-cü ildə İran Xalq Partiyası sıralarına daxil olmuşdur. İnqilabi fəaliyyətinə görə həbs edilmiş, 1945-ci ilin axırlarında zindandan qaçaraq, Azərbaycana gəlmiş və Azərbaycan Demokrat Firqəsinin sıralarına daxil olmuşdur.

Ərdəbil, Urmiya vilayətlərinin azad edilməsində bir fədai başçısı kimi şöhrət qazanmışdır.

Azərbaycan Milli Hökuməti yarandıqdan sonra polis idarəsinin rəisi və Daxili İşlər nazirinin müavini işləmiş, Azərbaycan Müdafiə Komitəsinin tərkibinə daxil olmuşdur.

Azərbaycan Milli Məclisi M.Milaniyanın xidmətlərini qiymətləndirərək  onu “21 Azər” medalı ilə təltif etmiş və general rütbəsi verilməsi haqqında fərman imzalamışdır.

1946-cı ilin sonlarında Milaniyan Marağa, Tikab və Hulasu mahallarında şah qoşunlarına qarşı vuruşan fədailərinin başçısı təyin edilmişdir.

Azərbaycan Milli Hökumətinin süqutundan sonra General Möhsün Milaniyan 1946-cı ilin dekabr ayında Sovet İttifaqına mühacirət etmiş, eyni zamanda elmi işlə məşğul olmuş, hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır.

M.Milaniyan 1988 -ci ildə vəfat etmişdir.

Güləddin İsmayılov

Şərhlər bağlıdır.