İlk qadın diktorlarımızdan olan Tamara xanımı anarkən

Xalqımız ilk qadın diktorlarımızdan olan aktrisa Tamara Gözəlovanın (1940
2020) xatirəsini andı.
O, 16 yaşı olanda, məktəbin çəkiliş meydançasına gəlir. Çəkiliş heyəti içəri girir,
sinifdən beş qız seçib müəllimlər otağına aparır. Orada 40-a yaxın qız olsa da,
Tamara Gözəlova “O olmasın, bu olsun” filmində Gülnaz rolunun sınaq
çəkilişlərinə dəvət olunur.
Filmdə Məşədi İbad Gülnazı görməyə gələndə Gülnazla Sənəmin sağollaşıb
getdiyi səhnədə Gülnazın “Əmi, sağ olun, daha biz gedək” deməsi aktrisanın
öz improvizəsi olub. Aktrisa gələcək həyat yoldaşı teatr və kino tənqidçisi Alp
Ağamirovla da elə filmin çəkilişləri zamanı tanış olub.
Sonralar onlar, televiziyada işləyəndə yenidən rastlaşır və ailə həyatı qururlar.
Bu evlilikdən onların Vasif adlı oğlanları dünyaya gəlir.
Film ekranlara çıxandan sonra böyük uğur qazanır. Tamara xanım isə bu
filmdən sonra heç bir rola çəkilmir. O, televiziyamızın ilk diktorlarından biri kimi
fəaliyyətə başlayır.
Anar Tağıyev

Şərhlər bağlıdır.