İranda elektrik enerjisinin hər gün kəsilməsinə qarşı etirazlarını bildirir.
Yerli media 25 milyon əhalinin gündə iki saat işıqsız qaldığını yazır.
Etiraza qoşulanlar əsasən kiçik biznes – balıqçılar, çörəkçilər, məhəllə
mağazaları sahibləri, eləcə də sadə vətəndaşlardır.
Urmiyadan bir çörəkçi vəziyyətin pis olduğunu deyib: “Görürsən, şəhərimizdə
elektrik enerjisinin fasiləsiz kəsilməsi səbəbindən bu çörək yanıb. Yanan bu
çörək müştərini gözləməyə məcbur edir. Bu çörək artıq yeməli deyil”.
Ekspert Əlireza Kəfişkunan bildirir ki, elekrik enerjisi “balansının pozulması
böhranı gündən-günə güclənir. Biz indi elektrik enerjisinin kəsilməsinin və iş
saatlarının dəyişməsinin şahidi oluruq. Növbəti aylarda disbalans böhranı
güclənəcək və yayda sənayelər və daxili sektor üçün daha çox kəsintilərə və
daha geniş iqtisadi itkilərə səbəb olacaq.”
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.