İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkənin ali rəhbəri Əli Xamenei
nüvə silahının haram olması ilə bağlı fətva verib. O həmçinin vurğulayıb
ki, Tehran nüvə silahından imtina etsə də, nüvə enerjisindən vaz
keçməyəcək.
Doğrudanmı islam dini kütləvi qırğın silahlarının istehsalını və istifadəsini
qadağan edir? Yoxsa bu mövqe İranın beynəlxalq təzyiqlərdən yayınmaq üçün
ortaya atdığı siyasi manevrdir?
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu qeyd edib ki, bu mövzu
Pezeşkianın çıxışından əvvəl də İran rəsmilərinin dilində olub. Azerbaycan
ruznamesi.org həmin mətni oxuculara təqdim edir.
“İranlı rəsmilər dəfələrlə bildirib ki, nüvə silahlarının istehsalı və istifadəsi
Qurani-Kərimə və ümumilikdə islam dəyərlərinə ziddir. Ayətullah Xamenei bu
barədə fitva da verib, amma bu, daha çox simvolik xarakter daşıyır. İran əslində
gizli şəkildə nüvə silahı əldə etməyə çalışır. Bəzi qeyri-rəsmi mənbələrə görə,
artıq bu silaha sahibdir.
Təxminən 10-12 il əvvəl BMT kosmosdan əldə olunan görüntülər əsasında
İranın bəzi ərazilərində uranın zənginləşdirildiyini açıqlamışdı. Aydındır ki, İran
bunu tibbi və ya dinc məqsədlər üçün deyil, hərbi məqsədlər üçün edir.
Elxan Şahinoğlu
Şərhlər bağlıdır.