İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Azərbaycanı hədəf alan
daha bir təhdid xarakterli açıqlama yayıb. “Azad İran” Telegram kanalının
məlumatına görə, SEPAH açıqlamasında İrana qarşı hücum məqsədilə
hava məkanını ABŞ və ya İsrailə açan istənilən ölkənin düşmənçilik
nümayiş etdirdiyi və nəticələrinə qatlanacağı bildirilib. Açıqlamada hər
hansı bir ölkənin adı çəkilməyib. Lakin buna əsas kimi Bakı ilə İsrail
arasında mövcud olan əməkdaşlıq və dost münasibətlər göstərilə bilər ki,
Tehran da bunun üzərindən əssasız ittihamlarını irəli sürməkdə davam
edir.
Son dövrlərdə SEPAH-a bağlı kiberqrupların Azərbaycan platformalarına
qarşı ardıcıl kiberhücumlar təşkil etməsi də bu ittihamların məqsədli
xarakter daşıdığını gücləndirir. Bəs İranın bu açıqlamaları nə deməkdir?
İsrail-İran müharibəsi yekunlaşsa da, Tehranın Azərbaycana olan
ittihamları və hədələri niyə bitmir?
Məsələ ilə bağlı Patrulaz.az-a açıqlamasında Yaxın Şərq üzrə politoloq
Sədrəddin Soltan öz fikirlərini bölüşüb.
Politoloqun sözlərinə görə, İranın Azərbaycana qarşı bu cür addımları artıq
vərdişə çevrilib:
“Azərbaycanı hər addım başı, yerli-yersiz nədənsə ittiham etmək və ya bu yöndə
xəbərlər yaymaq artıq Tehran hakimiyyətinin, o cümlədən onun rəsmi
mediasının adətinə çevrilib. Prezident İlham Əliyev İran Prezidenti Məsud
Pezeşkianla telefon danışığında açıq şəkildə bəyan etdi ki, İsrail-İran müharibəsi
zamanı Azərbaycanın hava məkanından Tehrana qarşı heç bir əməliyyat
keçirilməyib. Görünür ki, müharibədə İran hakimiyyətinin İnqilab Keşikçiləri
Qvardiası və mətbuat orqanları ölkəmizi nələrdəsə ittiham etməklə yeni siyasi
ideoloji hücuma başlayıb. Amma İran hakimiyyətinin bu kimi qrumları Tehranda
HƏMAS-ın lideri İsmayıl Həniyyənin öldürülməsinə və ya İranda çoxlu sayda
İsrail casusa adı ilə həbs olunanlara, 30-a yaxın SEPAH generalının
öldürülməsinə, o cümlədən nüvə obyektlərinin dağıdılmasına hansı səbəbə görə
diqqət etmir?… Saydığım bu ərazilərin koordinatlarını və hərbi rəhbərlərin yerini
kim aşkara çıxarıb?.. “
S. Soltan İran-İsrail müharibəsində baş vermiş hadisələri misal çəkərək,
bildirir ki, Tehran hakimiyyətdəki rəhbərlərin müharibə zamanı asanlıqla
yerlərinin təyin edilib, öldürülmələrini nəzərə almalı və məhz buna görə də,
casusları xaricində deyil, öz ölkəsində axtarmalıdır:
“Baş vermiş son hadisələr göstərir ki, Tehran hakimiyyətinin daxilində ən yüksək
vəzifəllilər arasında xarici ölkələrə casusluq edənlər olub. Misal olaraq, İran
İnqilab Keşikçiləri Qvardiasının (SEPAH) komandir müavini MOSSAD ilə
əməkdaşlıqda şüphəli bilinərək, dindirilib. Yaxud da keçmiş müdafiə naziri,
Xameneiin müşaviri olan Əli Şəmpani, Qüds Qoşunlarının komandanı İsmayıl
Kani, Abbas Əraqçi, Hüseyn Taib, hətta öldürülən nüvə fiziki Firuddin Abbasi də
İsrail ilə əməkdaşlıqda şüphəli bilinib. Bütün bunlar onu deməyə əsas verir ki,
Tehran hakimiyyətinin özünün daxilində casus şəbəkəsi var. İranın keçmiş
kəşfiyyat naziri Əli Yunisi müsahibələrinin birində bildirmişdi ki, MOSSAD-ın
İrandakı fəaliyyəti son 10 ildə ölkənin müxtəlif bölgələrində böyük təsir gücünə
malikdir. Bu isə İslam Respublikasının bütün rəsmilərinin həyatı üçün qorxmağa
əsas verir. O da iddia olunur ki, inqilabdan sonra İran təhlükəsizlik strukturlarına
az qala etiraz aksiyalarında iştirak etmiş hərkəsi qəbul edirdilər. Bu da
ucdantutma təhlükəsizlik qurumun yaradılması və kadr bazasının
formalaşdırılması nəticəsi bu gün göz önündədir. Yəni Tehran hakimiyyətidə
İsrail və ABŞ-yə casusluq edənlər az deyil. Buna görə də, Tehran höküməti buna
qarşı olan qüvvələri xaricdə deyil, öz hakimiyyətinin daxildə axtarmalıdır”.
Politoloq həmçinin, açıqlamasında təkcə İranın yox, Rusiyanın da
Azərbaycana qarşı regional proseslərdə xoşməramlı mövqe nümayiş
etdirmədiyini də qeyd edir.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması məsələsində Rusiya
rəsmi olaraq neytral görünməyə çalışsa da, pərdəarxası proseslərdə bu
layihənin reallaşmasına mane olan qüvvələr arasında yer alır. İran isə bu
məsələyə açıq şəkildə qarşı çıxaraq, Azərbaycanın suveren təşəbbüslərinə
birbaşa təzyiq göstərir:
“İran və Rusiya hakimiyyəti Azərbaycana xoş olmayan münasibətlər
göstərməkdədirlər. Misal olaraq, Zəngəzur yolunun açılması məsələsində
Rusiyanın pərdəarxasında dayanaraq, fərqli mövqe tutması, İranın isə bu
məsələyə ciddi şəkildə qarşı çıxması bunu təsdiqləyir. Yaxud da İran və
Rusiyanın Qarabağda Azərbaycan torpaqları işğal altında olarkən də birgə
fəaliyyət göstərirdilər. O cümlədən, Ermənistanın ölkəmizə qarşı təzyiqləri
əsasında birlikdə əməkdaşlıq etməsi, habelə 44 günlük Vətən müharibəsi
zamanı Rusiyadan Ermənistana göndərilən hərbi texnikaların İran ərazisindən
İrəvana ötürülməsi faktı dediklərimi təsdiq edir.
Həmçinin Ermənistanın Azərbaycana qarşı müharibədə istifadə etdiyi silahların
da Rusiya istehsalı olması da bunu təsdiqləyir. Azərbaycanın Cənubi Qafqazda
güclü dövlət olaraq mövcudluğu Rusiya və İranın regional müstəmləkəçi “böyük
qardaşlıq” iddiasını puça endirir. Ona görə də hər iksi birləşərək Azərbaycana
qarşı xoş olmayan davranışlar sərgiləyirlər”.
Gülbəniz Səfərova
Şərhlər bağlıdır.