Millət vəkili Pezeşkiana hücum etdi: “Niyə Bakıda “Yaşasın Azərbaycan!”ı eşidəndə…”

Məsud Pezeşkianın Azərbaycan və İsrail barəsində bəyanatına İran
parlamentinin deputatı Həmid Rəsai münasibət bildirib.
Azerbaycan-ruznamesi.org təsnim-ə istinadən xəbər verir ki, o, İran prezidentini
sərt tənqid edib:
“Bu nə bəyanatdır?! Guya problem özümüzdədir ki, biz Azərbaycan
Respublikası ilə dost ola bilməmişik, amma İsrail dostluq yarada bilib…”
Həmid Rəsai prezidentə bəyanatlarında diqqətli olması və düşmənlərə bəhanə
verməməsinin vacibliyini xatərladıbb: “Zəncanda səsləndirdiyiniz son
bəyanatlar İran və Azərbaycan xalqları düşmənlərinin dəyirmanına su
tökməkdir”. İslami Şura Məclisinin (parlament) nümayəndəsi
Pezeşkianı bəyanatında “iki əsas qüsuru” qabardıb:
Məsud “Birincisi, İranı ittiham edir, ikincisi, İsraili Azərbaycanın dostu kimi təqdim edir,
İsrail isə Azərbaycan xalqının dostu deyil. İsrail 60 təbrizlini şəhid etdiyi kimi, bir
gün Azərbaycan xalqını da qırıb-tökəcək”.
“Zəngəzurun bizim üçün kiçik məsələ olduğunu söyləmək İslam
Respublikasının siyasətinə və Ali Rəhbərin göstərişlərinə ziddir.
Özünüz Rəhbərin sözü önəmlidir dediyiniz halda, niyə Bakıda “Yaşasın
Azərbaycan!”ı eşidəndə “Azərbaycan da Təbriz kimidir” deyirsiniz? Halbuki əsla
belə deyil.
Prezidentin bu mövqeyi zərərlidir və belə bir qənaətə gətirir ki, bu vəzifəyə daha
bacarıqlı və həssas adamlara layiqdir”, – deyə Rəsai əlavə edib.

Şərhlər bağlıdır.