Asif Ata: Cənubi Azərbaycan məsələsi bir nömrəli məsələdir,
siyasi məsələdir, ictimai məsələdir, mənəvi məsələdir, ruhani
məsələdir. Təkcə ona görə yox ki, ədalət bərpa olunacaq, bu
əsasdır. Həm də Azərbaycan böyüyüb 50 milyona yaxın bir
dövlət olacaq, onda Müstəqil Azərbaycandan danışmaq,
siyasi mənada mümkün olacaq. Onda dünya bizə başqa cür
yanaşacaq, onda biz dünyadan mərhəmət və kömək
diləməyəcəyik, onda biz də beş kişidən biri olacayıq siyasət
aləmində, dünya aləmində. Elə bir imkan ki, ona güc də var:
meyl də var. Lakin hədsiz dərəcədə çətin məsələdir, çünki
buna nə İran razı olacaq, nə Rusiya razı olacaq, nə Qərb razı
olacaq.
İran buna razı olmayacaq, ona görə də İran bu saat islam
amilindən birə-beş əlli yapışıb, çünki Cənubi Azərbaycansız
İran demək olar ki, şikəstdir, Təbrizsiz Tehran nəyə lazım.
Cənubi Azərbaycan İranın iqtisadi, mənəvi, hər cəhətdən
gözünün gücüdür, qüdrətidir. Ona görə də İran Cənubi
Azərbaycanı farslaşdırır!
Buna Rusiya razı olmayacaq, çünki Rusiyanın əsas işi ondan
ibarətdir ki, özü nə qədər zəifləsə də, ətrafında güclü rəqib
olmasın, haradasa gələcəkdə yenə Rusiya hegomonluğu
qalsın. Çünki Rusiya elə qurulub ki, hegomon olmasa məhv
olar. Buna heç cür razı olmayacaq Rusiya.
Buna Qərb heç cür razı olmayacaq, çünki onda
Zaqafqaziyada türk dövləti yaranır, 50 milyonluq böyük türk
dövləti. Onda türkçülük adlanan mahiyyət aşkarlanır,
türkçülük isə qərb üçün hədsiz dərəcədə təhlükəlidir.
Həmişəki kimi, indi daha çox!
Ona görə də Cənubi Azərbaycan məsələsi çox güclü
düşüncə tələb edir və «Ocaq» bu məsələ ilə daim
məşğuldur.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.