İranda tayfa adı, yoxsa “xəzərlər yurdu”?

– “Azəri” sözü ilə bağlı 700 illik həqiqət


Son günlərdə “azəri” sözünün istifadəsi və mənşəyi ilə bağlı müzakirələr
müşahidə olunur. Bəzi mülahizələrə görə, “azəri” İranda bir tayfa adıdır
və onun Azərbaycanla əlaqəsi olmayıb. Məhz bu səbəbdən də ölkəmizdə
həmin ifadəyə aqressiv yanaşılır.
Lakin sözün sadəcə Azərbaycan vətəndaşlarının təqdimatı üçün ölkənin adının
qısa versiyası kimi istifadə olunmasına başlanıldığı da deyilir. Bir sıra
ekspertlərin fikrincə, digər ölkələrin də adlarının qısa versiyası xalqın kimliyi
olaraq təqdim edildiyi üçün bu, normaldır.
“Azəri” sözünün tarixi mənşəyi nəyə əsaslanır? Bu ifadənin Azərbaycan xalqı
üçün istifadəsi nə dərəcədə məqsədəuyğundur?
Globalinfo.az-a danışan AMEA-nın əməkdaşı, tarixçi-alim Faiq Ələkbərli bildirib ki, Azərbaycan sözünün tayfa və ya millətlə bağlı olmasına dair müxtəlif mülahizələr mövcuddur:
“Sovet dövründə bu mülahizələr bizə yanlış şəkildə təlqin edilib. Azərbaycan
adı “odlar yurdu” kimi ifadə olunub. Habelə, “azər” sözünün farsca “od” və ya
İrandilli xalqlardan birinin adı olduğu iddia edilib. Lakin Azərbaycan sözü,
əslində, türk mənşəlidir və “Oğuz ərlərinin yurdu” deməkdir. Bunu XIV
XVəsrlərdə, Elxanilər dövründə vəzir olan Fəzulilləh Rəşadəddin düzgün
şəkildə ifadə edib. O, Azərbaycanı Oğuz xaqanın torpaqlarının bir hissəsi
olaraq, “Oğuz ərlərinin, azərlərin və bəylərin vətən yurdu” olaraq tanıdıb. Bu
baxımdan, “oğuz”, “xəzər” və “azər” sözləri arasında bir əlaqə mövcuddur. Daha
bir maraqlı nüans ondan ibarətdir ki, Türkmənistandakı türkmənlər bu bölgəni
Xəzərbaycan adlandırıblar. Məsələn, XVII əsrdə yaşamış türkmən yazarı
“Oğuznamə” əsərində Azərbaycanı bu cür adlandırıb, hətta Koroğlunu
xəzərbaycanlı kimi təqdim edib”. Faiq Ələkbərli Tarixçi qeyd edib ki, Azərbaycan adı türklük və oğuzluqla sıx bağlıdır:
“Bay” sözü isə ucalığı, gücü və qoruyuculuğu bildirir. Tarixi dövrlərdə,
məsələn, Xəzər dövləti zamanında, bu əraziləri türklər idarə edirdi. Yəni Xəzər
dənizinin adı da “azər” və “xəzər” sözlərinin bir-birinə bağlı olduğunu göstərir.
Bizlərin – azər, qazax, qırğız, özbək və digərlər türk xalqlarının ortaq birləşdirici
adı türkdür. Yenidən “azər” və ya “azəri” adlandırılmağımız çətin məsələdir.
Çünki hazırda əsasən dövlətin adı ilə “azərbaycanlı” adlandırılırıq, lakin “azər”
adının istifadəsində də heç bir problem yoxdur. Əsas odur ki, biz türk xalqı və
türk millətinin bir parçasıyıq”.

Şərhlər bağlıdır.