Məlum olduğu kimi, həmin agentliyin gənc xanım təmsilçisi 26 fevral 2021- ci il tarixində Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Azərbaycanda terroristlərin mövcudluğu ilə bağlı yersiz, qərəzli və əsassız sual verdiyinə görə layiqli cavabını almışdı. Həmin məsələ sosial şəbəkələrdə geniş əks-səda yaratmışdı. Hətta xəbərlərdə deyilirdi ki, İran tərəfi həmin xanımın sualına münasibət bildirərək onun İran hökumətinin mövqeyini əks etdirmədiyini vurğulamışdı.
Doğrudan da, həmin xanım kimin mövqeyini əks etdirirdi?
Həmin suala İran tərəfi aydın cavab vermişdir. Belə ki, İran Elmi hövzələri (dini təhsil) Mərkəzi idarəsi məlum olmayan səbəbdən 1 mart 2021-ci il tarixində “Beynəlxalq 17 Rəbiyül əvvəl Qarabağ konfransı” təşkil etmişdir. Konfrans 17 rəbiyül əvvəl 1342 hicri qəməri/3 noyabr 2020-ci il tarixində İranın Ali Rəhbəri ayətulla Seyid Əli Xameneinin Qarabağla bağlı bəyan etdiyi fikirləri yenidən xatırlatmaq, geniş təhlil etmək və inikas etdirməyə həsr olunumuşdur.
Konfransda İran ruhaniləri Azərbaycan xalqına xüsusi dəstək ifadə etmiş, Qarabağın tamamilə “azad” olunmasını tələb etmiş və digər məsələrdən danışmışlar.
Konfransın sonunda yekun bəyanat qəbul edilmişdir. Həmin bəyanatda o cümlədən deyilr: ”Hörmətli Azərbaycan Respublikası hökumətindən sionist rejimin ünsürlərinin(?) və TƏKFİRÇİ qrupların MOVCUDLUĞUNA qarşı lazımi tədbirlər görməyi xahiş edirik”.
Bu qədər hay-küy yenə də Azərbaycanda təkfirçi qrupların olduğunu vurğulamaq və Azərbaycan-İsrail dostluğuna zərbə vurmağa yönəlmişdir. Görəsən, hansı dildə deyəsən ki, bu şiə qardaşlar bir dəfə də bizim sözlərimizə inanalar. Öz bildiklərini təkrar etməkdən usanmırlar
Əgər İran hökumətinə müraciət olunsa, həqiqətən deyəcəklər ki, sözügedən bəyanat İran hökumətinin (prezidentin başçılıq etdiyi icra hakimiyyəti) mövqeyini əks etdirmir. Amma İran hökuməti də uzun müddət eyni iddia ilə çıxış edibdir. Nəhayət, hökumət nümayəndələri qeyd etməyə başlayıblar ki, deyəsən, Azərbaycanda həqiqətən terrorist qruplar yoxdur. İndi növbə dini hakimiyyət təmsilçilərinə çatıbdır. Hələ ki, onlar əsassız iddiaları təkrar etməkdə davam edirlər. O qədər qardaşlıqdan, dostluqdan danışmağın nə mənası, əgər sən “QARDAŞININ “ sözlərinə inanmırsansa və ya inanmaq istəmirsənsə, başqa məqsədlər güdürsənsə. Əgər dini hakimyyət nümayəndələri bizim rəsmilərin dediklərinə inanmırlarsa, onda qoy onların dilini bilən, onların dilində danışan bizim mollalar onları başa salsınlar ki, qonşuya dost, qardaş deyib qara yaxmaq və yaxın dostları ilə aralarını vurmağa çalışmaq yaxşı iş deyil.
Vidadi Mustafa
2 mart 2021-ci il
Şərhlər bağlıdır.