Azərbaycan Demokrat Firqəsi siyasi fəaliyyətə başladığı ilk ğündən qatı düşmənlərlə qarşılaşmışdı. Pəhləvi dərbarı bu düşmənlərin fəaliyyət mərkəzinə çevrilmişdir. Dünya imperializmi on illərdir ki, Iranda nüfuzunu saxlamaq üçün ən mürtəce hökumətləri iş başına qondarır, bu əlaltıları vasitəsilə Iranın azadlıq və istiqlal tələb qüvvələrini əzir bu yolla da özünün ağalığını daha da möhkəmləndirir.
Azərbaycan Demokrat Firqəsi Iranda dünya imperializminin qarətgər mənafeyini hədələyən siyasi təşkilatlar sırasına daxil idi. Onlar yaxşı bilirdilər ki, Azərbaycan xalqının qələbəsi ancaq Azərbaycanın çərçivəsində sıxılıb qalmayacaq və bütün Irana yayılacaqdır. Çünki bu xalq uzun əsrlərdən bəri, xüsusilə, 20-ci əsrdə dünya imperializmi və onun əlaltılarının zülmünü öz əti, dərisi və sümüyü ilə hiss edirdi. Həmişə əlverişli füsət ələ düşdükdə Iranın azadlıq və istiqlaliyyətini təmin etmək üçün ayağa qalxmışdı. Azərbaycan xalqının qiyamı bu hərəkatların ən radikallarından biri idi. Imperializmin sadiq nökərlərindən başqa, Iranın bütün azadlıq sevən xalqları onu müdafiə edirdilər. Onlar Azərbaycanın Iranı azad edəcəyi günü səbirsizliklə gözləyirdilər.
“Keyhan” qəzeti bu münabisətlə özünün 18 Azər 1324-cü il (1945-ci il) tarixli 1832-ci nömrəsində yazırdı: “…Şübhə yoxdur ki, Iranın şimalında demokratların hərəkatı Iranın ən mühüm hadisələrindən biridir. Bu hərəkat Iranın bütün əyalətlərinə sirayət edib müəyyən nəticə əldə etsə də Şərq tarixinin ən mühüm fəsillərindən biri hecab olunacaqdır”.
“Keyhan” qəzeti bundan 38 gün sonra, yəni 26 dey 1324-cü il (1945-ci il) tarixli nömrəsində Nişad adlı müəllifinin imzası ilə dərc etdiyi “Pişəvəriyə müraciyət” adlı məqaləsində yazırdı:
“Ağaye Pişəvəri, inanın ki, Iran azadıxahlarının ürəyi sizinlədir… Gəlin, siz qədəmlərinizi öz ətrafınızda çəkdiyiniz dairədən daha geniş atın. Siz Səttarxan, Xiyabani olun. General Məmmədtağı xan, Mirzə Kiçikxan olun… Iran dövləti və nüfuzlu təbəqələr sizin qanınızı axıtmaq istəyirlər. Elə Azərbaycanın özündə də bütün Iranda yayılmasını arzu edirsiniz düşmənləriniz az və gücsüz deyillər”.
Bəli, Iran xalqları Azərbaycan hərəkatının daha əhatəli olmasını və bütün Iranda yayılmasını arzu edirdilər. Pişəvərinin də Səttarxan kimi azadlığı Azərbaycandan bütün Irana qaytarmasını istəyirdilər.
Iran dövləti və nüfuzlu təbəqələr Ameriika və ingilis imperialistlərinə arxalanmaq Pişəvərini də Səttarxan, Xiyabani, Məmmədtağı xan, Mirzə Kiçik xan kimi öldürə bilmədilər. Lakin minlərlə azərbaycanlını kütləvi surətdə qırdılar.
Indi o tarixdən 45 il keçir. O zaman Azərbaycan bütün Iranı azad edə bilmədi. Iran da Azərbaycanda gedən hərəkatı azadxahların dayağı kimi qoruya bilmədi və yaxud qoruyub saxlamaq istəmədi. Azərbaycan çox asanlıqla süqut etdi, qorxu və vəhşət kabusu təkçə Azərbaycanı deyil, bütün Iranı bürüdü. Azərbaycanın süqutundan 32 il sonra Iran xalqları, o cümlədən Azərbaycan ayağa qalxdı. Istibdadın binasının əsaslarını viran edərək azadlığı bütün Irana qaytardılar. Lakin az keçməmiş bu azadlıq çırağı söndürüldü. Keçmiş qaranliqdan daha qatı bir qaranlıq Iranın göylərini bürüdü. Indi Pəhləvi rejiminin varisləri öz sələfləri kimi hərəkət edir və Azərbaycan Demokrat Firqəsi əleyhinə hərzə və hədyən düzüb qoşmaqda keçmiş dərbara məxsus olan qəzetlərin dediklərini təkrar edirdilər.
Pəhləvi rejiminin varislərindən biri öz sələfinə (“Keyhan” qəzeti, 1324-1325-ci illər) arxa çevirərək 21 Azər hərəkatının 45-ci ildönümü münasibətilə Azərbaycan Demokrat Firqəsinə hücum edərək onu Iran Azərbaycanında “təcziyə-tələb Demokrat Firqəsi” adlandırır. Bakı radiosunun “Iran Azərbaycanı demokratlarının hərəkətini xalq hərəkatı” adlandırmaqda təqsirləndirir. Guya Bakı radiosunun 21 Azər hərəkatı barədə söz açması özü demokrat Firqəsinin asılı olmasına sübutdur. Bakı radiosunun cəmi bir neçə dəqiqəlik verilişi “Keyhani-həvai” qəzetini elə əsəbiləşdirib ki, bu nəşriyyəni cızmaqarası Çalameydan səfilləri kimi Azərbaycan Demokrat Firqəsi əleyhinə boşboğazlıq edərək onu “Azərbaycan demokratlarının rus firqəsi”, “Təcziyə-tələb firqəsi”, “Iran Azərbaycanında Təcziyə-tələb firqənin hərəkatı”, “Təcziyə-tələb hərəkət”, “Azərbaycanın xəyanətkar firqəsi”, “Firqənın satılmış rəhbərləri”, “Pişəvərinin qəbrinin köçürülməsi”, “Xain Demokrat Firqəsinı diriltmək təşəbbüsu kimi qələmmmə verir.
Mətbuat tarixi elə bir nəşriyyə tanımır ki, o ağzına gələni desin, qələmini hərzə və hədyan üçün işə salsın “Keyhani-həvai” bəlkə də ağzını boşa qoyan yeganə nəşriyyədir. Bəlkə də yazdığına heç özü də inanmır. Amma əmrə itayət edir. O, muzd alır öz ərbabına da “sədaqətlə” xidmət etməlidir. Çünki bu “təcziyə-tələblik” ittihamı heç bir siyasi hüquqi və əxlaqi sənədə əsaslanmır.
Azərbaycan Demokrat Firqəsinin 45 illik rəsmi və qeyri-rəsmi sənəd və mədrəklərini varaqlayın. Orada bu ittihamı təsdiq edən bir sənəd tapa bilməzsiniz. Sovet Ordusu 21 Azər nehzətindən beş ay sonra Iranı boşaltdı. Bu qoşunlar Irandan çıxdıqdan sonra Azərbaycan Demokrat Firqəsi Mərkəzi dövlət ilə müzakirəyə başladı. Bir sıra razılaşmalar barədə müqavilə də imzalandı. Nə Sovet Ittifaqı nə də Azərbaycan Demokrat Firqəsi Iranı parçalamağın tərəfdarı olmamışdır. Təcziyə-tələblik ittihamı 21 Azər hərəkatını boğmaq üçün bir bəhanə idi. Nə üçün? Çünki Azərbaycan hərəkatı kəndliyə torpaq verdi, ana dilini Azərbaycana qaytardı, şəhər və kəndlərdə məktəb və müalicə ocaqları açdı. Darülfünün, teatr, radio stansiyası təsis etdi, milli maarifi Azərbaycana qaytardı. Azərbaycan bu hüquqları dövlət və hakim təbəqədən zorla aldı və qeyri-bərabər döyüşdə tək qaldı. Bu hüquqları əldən yenə də verdi.
Maraqlıdır, bəs, “Keyhani-həvai” Pəhləvi dərbarının ittihamını bu gün nə üçün təkrar edir. ona görə ki, Azərbaycana bəslənən köhnə siyasət bu gün də həyata keçirilir. Azərbaycanın siyasi-mədəni və ictimai həyatında heç bir dəyişiklik edilməmişdir. Buna görə də təəccüblənməyə və təəssüf etməyə dəyməz ki, Keyhani-həvai” Pəhləvi dərbarına mənsub olan qəzetlərin ittihamlarını təntənəli surətdə təkrar edir və elə buna görə də 1324-1325-ci illər “Keyhanını” varaqlamır. Yoxsa, həmin qəzetin 18 Azər 1324-cü il tarixli 832 nömrəsində dərç edilmiş baş məqalənin oxuyardı. (Bu məqalə o zaman nəşr edilən “Keyhanın” redaktoru Əbdülrəhman Fəramərzi tərəfindən yazılmışdı). Həmin məqalədə deyilrdi: “Aydın olanı budur ki, dünyanın hansı nöqtəsində hakim dairələr və mövcud vəziyyət əleyhinə bir hərəkət baş versə, çoxlu töhmətlərə məruz qalır. Mən inanıram ki, azərbaycanlılar məşrutə tələbi ilə ayağa qaldıqları zaman da hakim dairələr və mövcud vəziyyətin tərəfdarları tərəfindən onlara həmin qəbildən olan töhmətlər atılırdı. Mən Xiyabani və Mirzə Kicik xan qiyamını xatırlayıram, onlar da həmin töhmətlərlə ittiham olunurdular. Dövlətin tərkibinə daxil olan ən milli şəxsiyyətlər belə, məsələn, mərhum Moşir – əddövlə onlara “əşrar” və “mütəcasir” ləqəbi verirdilər. Amma bu gün göz yaşı axıdırlar, onlara azadxah və mücahid ləqəbi verirlər.
Bizcə bu, 1324-cü ildə nəşr edilmiş “Keyhanın” 1369-cu il “Keyhanına” verdiyi ən yaxşı cavabdır. Bu diş sıdırıçı cavabdır. Amma az-çox məntiqə malik olan qəzet üçün!
Gəlin Iranın tarixini varaqlayaq. Azərbaycanın məşrutəçiləri Qafqazdan kömək alırdılar. Pul, silah və canlı insan köməyi də olurdu. O zaman Məşrutə əlehinə olan istabdadı da çar hökuməti müdafiə edirdi. Iran xalqları həmin köməyi qiymətləndirir, çarın Iran istibdad rejimini müdafiə etməsini məhküm edirdilər.
1920-ci illərdə Çar süqut etdi. Rusiyada fəhlə-kəndli hökuməti iş başına gəldi. Ingiltərə hökuməti və Iranda olan ingilis silahlı qüvvələri Iranın mürtəce hökumətini, Rusiyanın inqilabi hökuməti isə milli xarakter daşıyan cəngəlilər hərəkatını müdafiə etdi. 1941-45-cü illərin Ikinci dünya müharibəsi dövründə ingilis və Amerikanın silahlı qüvvələri Iranın cənub feodallərını və Məmmdədrza rejimini, SSRI-nin silahlı qüvvələri isə Iranın şimalında və şimal qərbində demokratik qüvvələrini müdafiə etdilər. Azərbaycanda və Kürdüstanda milli hökumətlər iş başına gəldi. Iraqın kürd müqavimət qüvvələri Molla Mustafa Bərzaninin rəhbərliyi altında Mahabadın milli hökumətilə birləşdilər.
1342-ci ilin xordad ayının 15-də Qum və Tehran şəhərlərində səltənətə zidd olan hərəkət baş verdi. Hərəkət yatırıldı və Ayətulla Xomeyni tutlaraq Türkiyəyə sürgün edildi. O, Türkiyədən Iraqa getdi. Orada 15 il Pəhləvi rejimi əleyhinə mübarizə apardı. 1978-ci ilin axırlarında Iraqdan Fransaya sürgün edildi. Fransa dövləti Ayətulla Xomeyninin Parisdən Iran xalqının inqlabi hərəkatına rəhbərlik edə bilməsi üçün şərait yaratdı.
1979-cu il Iran inqilabı, Iran və Iraq müharibəsi, müxtariyyət tələb edən Iran və Iraq kürdləri hər iki tərəfdən müdafiə olundular. Iraqın şiə ruhanilərinin hərəkatı məğlub edildi. Ayətulla Sədr və onun bacısı Iraq dövləti tərəfindən edam olundu.
Ayətulla həkim Irana pənah gətirdi və Tehranda Iraq ilə Islam inqilabı ali məclisinin əsaslarını qoydu. Iran dövlətinin müdafiə çətiri altında özünə yer tapdı. Iran xalq mücahidləri də Iran dövlətinə muxalif qüvvə kimi Iraqda özlərinə müdafiə dayağı tapmağa çalışdılar.
Hazırda Iraq dövləti özünün macəracu Kuveyt əməllərində məğlubiyyətə uğramışdır. Iraqın əla Islam inqilabı məclisi, kürdlər, sosialistlər və kommunistlər Iraqda hakimiyyəti ələ keçirmək üçün birlikdə mübarizə aparırlar.
Əfqanıstan “mücahidləri” Iranda və Pakistanda yerləşmişlər və indi 10 ildir ki, Əfqanıstan dövləti əleyhinə müharibə aparırlar. Sovet Ittifaqı əfqanıstanın qanuni dövlətini, amerika, Pakistan, Səudiyyə Ərəbistanı və Iran isə “Mücahidləri” müdafiə edirlər.
Sovet Azərbaycanında azadlıq hərəkatının formalaşma prosesi davam edir.
“Keyhani-həvai” bu barədə də bitərəfliyi kənara ataraq Azərbaycanın daxili işlərinə qarışmaqla kifayətlənmir. Hətta, Şimali Azərbaycanın Irana birləşməsi məsələsini qaldırır. (“keyhani-həvai” qəzeti 19 dey. 1369, 9 yanvar 1991 №983. səh. 12).
Dünya hadislərini izləyənlər və siyasətin əlifbası ilə tanış olanlar bu qarşılaşmalarda tərəflərdən hansının müstəqil və hansının asılı olması barədə öz hökmlərini verməlidirlər.
Iranın son 100 illik tarixi mübarizələr və daxili müharibələr tarixidir. Bu mübarizələrdə tərəflər xarici siyasətdən öz xeyirlərinə istifadə etməyə çalışırlar. Biz Doktor Məhəmməd Müsəddiqin Milli Şura məclisində (1323-cü il, 7 dekabr) söylədiyi nitqinin bir hissəsini şahid göstərmək istəyirik. Çünki Müsəddiqin milli bir şəxsiyyət olduğuna heç kəs şübhə edə bilməz. Xüsusilə ona görə ki, Müsəddiq şimal neftinin sovetlərə verilməsinin əleyhinə çıxdı, cənub neftini milliləşdirdi, ingilislərə qarşı mübarizədə Amerikadan istifadə etməyə çalışdı. Amma baş tutmadı. Müsəttiq bu nitqində deyirdi:
“…Bu ölkədə Ingiltərə azadlıq bayraqdarı idi. Ingiltərənin səfarət xanası bu şəhərdə məsçid hökmündə idi. Bu gün Sovet Ittifaqı azadlığın bayraq darı olub…”.
“Qiyame-Iran” qəzetinin redaktoru Həsən Sədr də bununla əlaqədər aydın şəkildə yazırdı:
“Pişəvəri və onun dostlarının SSRI-yə əsaslanması eyb və ar deyil. Ona görə ki, bu gün SSRI-nin məsləhətləri bizim ölkənin kəndlilərinin, fəhlələrinin, digər ortabab və zəif təbəqələrinin mənafei ilə uyğun gəlir. Əgər Pişəvəri təkcə özünə əsaslansaydı, hakim təbəqənin qan icən canavarları ədliyyə və vətənpərvərlik qanunu adından onu hərbi hökumət, nəzmiyyə və ədliyyə orqanlarına dartar bir günün içərisində boğardılar. Çünki, qanun, zorakilığ və puldan tutmuş hər şey onların ixtiyarındadır”. (“Qiyame-Iran” qəzeti 29. 09. № 468. baş məqalə).
Indi “Keyhani-həvai” yə belə məntiqi bir sual vermək lazımdır: Əgər Azərbaycan Demokrat Firqəsi asılı bir təşkilat və “ruslara bağlı” firqədirsə, onda bəs Iraq əla Islam inqilabı məclisinə, Əfqanıstan mücahidlərinin Iranda və Pakistanda fəaliyyət göstərən partiyalarına nə ad qoymaq olar?
Bu partiyalar Iraq və Əfqanistanın daxilində deyil (Iranda və Pakistanda yerləşmişlər). Halbuki Azərbaycan Demokrat Firqəsi Azərbaycanda yaranıb və Azərbaycan Milli hökumətini Azərbaycan xalqı meydana gətirmişdilər. Azərbaycan Demokrat Firqəsinin mühacirət edən üzvləri firqənin kiçik bir hissəsini təşkil edirdi. Onların həyatları təhlükə qarşısında olduğundan qonşu ölkəyə pənah apardılar. O zaman ölkədən çıxa bilməyənlər Şahənşah ordusu tərəfindən rəhimsizcəsinə öldürüldülər, onların arvad uşaqları əsir kimi sürgün edildilər.
SSRI-də yaşayan Iranlı mühacirlər nə keçmiş nə də indiki rejim əleyhinə heç bir təxribatçılığa əl atmamışlar. Onlar iqtisadiyyat, elm və maarif müəssisələrində işləmiş, şərafətlə yaşamaq üçün müəyyən sənət və peşə öyrənməyə çalışmışlar. Onlar 1979-cu il Iran inqilabını hüsn-niyyətlə qarşıladılar, ölkəyə qayıtmağa çalışdılar, lakin onlara belə bir fürsət verilmədi.
Indi məhz belə bir şəraitdə Azərbaycan Demokrat Firqəsi Iranın təbliğat dəstgahı tərəfindən hücümlara məruz qalır. Onlar adət etdikləri kimi, hər bir milli hərəkətə qarşı çıxır və hər cürə milli təşkilatların yaranmasının qarşısını almağa çalışırlar. Çünki özlərinə inam hissini əldən vermişlər və buna görə də qadağan edilmiş partiyaların fəaliyyət göstərmələrinə dözə bilmirlər. əgər ölkədə partiyaların açıq fəaliyyət göstərmələri üçün demokratik bir şərait meydana gələrsə onda xalq hansı partiyanın asılı, hansının müstəqil və milli olduğu barədə hökm verə bilər.
“Mühacir” qazeti fevral – mart 1991-ci il.
Şərhlər bağlıdır.