İranda milli olanlara siyasi münasibət

TƏHLİL

İran İslam Respublikası özünün siyasi quruluşuna görə marjinallığı ilə fərqlənir.
M.Pezeşkianın “qardaş” çağırışı İranın daxili mahiyyətini üzə çıxardı və İslamla
maskalanmış, lakin islama aidiyyatı olmayan bir əxlaqsız siyasi düşüncəni
açığa çıxartdı. Qardaş anlayışını anlamayan, “nə qardaş”, “hansı qardaş” sualı
ilə ortaya düşən bir qrup İran siyasətçilərinin kimliyi ilə tanış olaq. Məlumdur ki,
əxlaq və vicdan mənsub olduğun dindən irəli gəlir. Mənsub olduğun “din”
qüsurlu olanda əxlaq və vicdanda da qüsurlar üzə çıxır.
İran parlamentində “Cəbheyi Payidari Enqelabi İslami” adlı (İran İnqilabının
sabitliyi cəbhəsi) 2011-ci ildə ölkənin ən ağır tənəzzülü zamanı yaradıldı. Bir,
ilahiyyatçı alim hesab edilən Mohemməd Taqi Misbah Yəzdi bu parlament
qrupunun yaradıcısıdır və qrupun üzvləri də son dərəcə marjinal şəxslərdir ki,
onların siyasi və mədəni portretini təqdim etməzdən əvvəl bu Ayətullah Yəzdi
haqqında bir neçə kəlmə qeyd edək. Əlbəttə ki, Mohemməd Taqi Misbah Yəzdi
Nəcəfdə təhsilini bitirməyib, Qumda da o cümlədən. Xomeyninin tərəfdarı
oldugundan ona Ayətullah dərəcəsini veriblər və bir müddət universitetlərdə
dərs deyib. Müctehidliyi böyük bir sual altında olsa da onun bəzi kitabları Bakıda
Azərbaycan dilinə də tərcümə edilib.
Yəzdi İranın elə bir cografi mərkəzində yerləşir ki, 1907-ci ildə ingilislərlə Rusiya
İranı ikiyə böləndə Yəzdi şəhərində şimala Rusiyanın payına düşdü, ondan
cənubda olan hissəsi ingilislərin hakimiyyətində qaldı. Bəziləri hesab edir ki,
yəzdilər bundan sonra islamda qüsur etməyə başladılar. Lakin Yəzd şəhərinin
adı “Yəzid” sözündən olub kürd dilli mənşəli hesab edilir. İnsanları da bizim
anladığımız “yəzidlərdəndirlər”. Atəşpərəstlik dövründən bu şəhərin mövcud
olması haqqında məlumatlar verilirsə də buranın 500 minə qədər əhalisi var.
Əhalinin bir hissəsi atəşpərəstdir, bir hissəsi gizli atəşpərəstdir, bir hissəsi də
dekorativ müsəlmandırlar. Özlərini şiə müsəlmanı adlandırsalar da Aşura
mərasimlərində şou tamaşalar nümayiş etdirir, Kərbəla hadisələri adı ilə
improvizasiyalar edir, İslam bir tərəfdə qalır, Daryuşla, Kruşla iftixar edirlər. Bu
insanlar rəsmi mərasimlərdə əzadarlıq etsələr də Azərbaycan türklərinin
Əbəlfəz sevgisinə kənardan məsxərə edirlər. Bu insanların “qardaş” anlayışının
məhrəmiyyətində ilk qüsurları Əbəlfəz fenomenini anlamamaqlarından irəli
gəlir.
İranda yəzdlilərin pullu, eyni zamanda da çox xəsis olduqlarını hamı bilir.
Əlbəttə yay günlərində çaşıb, birdən bir yəzdlidən içməyə su istəyərsiniz,
mütləq sizi peşman edərlər. Siyasi arenada populist çıxışları, fars dilinin
bəlağətli cümlələrini quraraq parlamentdə uzun, təsirli çıxışlar edə bilirlər. Lakin
“qol davasına” girməzlər. Təbriz, Ərdəbil və Urmiyə şəhərlərində böyük xalq
nümayişlərini yatırtmaq üçün Lor-Bəxtiyari pastarlarını (inqilab kişikçilərini)
gətirərlər ki, bu da ayrıca müzakirə mövzusudur.
İndi keçək “sabitlik cəbhəsinin” tərkibinə. Bunlar, özlərini “üsulgərai”(ənənəviçi)
adlandırsalar da ifrat sağ mövqeli, bir çox hallarda təmamilə mövqesiz
şəxslərdir. 2021-ci ildə Mohemməd Taqi Misbah Yəzdi öldükdən sonra bu
fraksiyanın mərkəzi şurasının sədri- Mortəza Ağa Tehrani təyin edilir.
Bu fraksiyanın mövqesizliyi onunla məlum olur ki, M.Əhmədinejatın seçkiləri
zamanı onu dəstəklədilər, seçiləndən sonra onu ifşa etməyə, “gününü
qaraltmağa” başladılar. Ondan sonra Həsən Ruhani seçkilərə daxil oldu. Bu
zaman da seçkilərdə onu müdafiə etdilər, seçiləndən sonra onu tənqid etməyə
başladılar. Ən barışmaz mövqeləri də bu idi ki, niyə ABŞ-la razılığa gedirsiniz,
“Mərg bər amrika…” (Amerikaya ölüm olsun). İran İslam Respublikasında 46
ildir ki, heç kim anlaya bilmir ki, “Amerikaya ölüm” şuarları ilə həyata keçirilən
dövlət siyasəti nə üçün ABŞ hücum edəndə narazılıqla qarşılanır?
Son seçkilərdə bu fraksiya tərəfindən irəli sürülmüş Səid Сəlili (Pezeşkianın
seçkilərdə rəqibi) əslən məşhədlidir. Əslində bir adam dünyəvi şəxs olsa da
“Sabitlik” fraksiyasının namizədi kimi seçkilərə qoşulmuşdu və inqilab
keşikçilərinin köməyi ilə seçkilərin saxtalaşdırılması, seçilməsi ümidində idi.
S.Cəlili İran-İraq muharibəsində İnqilab Keşikçiləri Briqadasında müharibədə
iştirak etmiş, yaralanmış və bir ayağını itirmişdı. Müharibə veteranı olaraq
himayə olunmağa ümidli idi. Ancaq M.Pezeşkian da İran-İraq müharibəsində
iştirak etmişdi və həkim olaraq daha artıq xidmət etdiyi qeyd olunur.
Pezeşkianın milli kimliyindən narahat olan növbəti sabitlik qrupunun üzvü,
deputat Mehdi Kuçikzadədir. Tehranın əyalətlərindən məclisə nümayəndə
seçilsə də kiçik adamdır, buyruq quludur və böyüklərinin fitvası ilə başından
böyük danışar. Məsələn, “Qureyş tayfası qəbilələrinin ədavətindən” danışan
Mehdi Kuçikzadə Tərbiyət Universitetinin kənd təsərrüfatı üzrə müəllimidir.
Bundan soruşan yoxdur ki, min dördyüz il əvvəlki qureyş ədavətini sən hardan
bilirsən və nə üçün qureyş varislərinin bu günkü bəxtəvər həyatından, “ag
ğünündən” danışmırsan?
O, universitet müəllimidir ona görə yox ki, bir sahənin alimidir. Bir siyasi
təşkilatın funksioneri olduğu üçün universitet müəllimi təyin ediblər. Bu adam
hesab edir ki, “ürək birliyi” “dil birliyində” daha üstündür, daha əhəmiyyətlidir.
Ancaq cavab vermir ki, onun məkirli ürəyində nə olduğunu necə bilək ki, onunla
“ürək birliyi” yaradaq.
Sabitlik fraksiyasının başqa bir nümayəndəsi – Kamran Qəzənfəri lap irəli gedir
və Pezeşkianı İsrailə xidmət etməkdə ittiham edir. Normal ölkələrdə bu ittiahma
görə mütləq parlament araşdırması başlanmalı idi. İranda İsrail casuslarının
çox olduğunu zatən də bilirik.
K.Qəzənfəri – “Ali rəhbərin Zəngəzur dəhlizinə münasibəti məlumdur” deyə belə
bir imic yaradır ki, guya o, hər gün rəhbərin yanındadır və onun adından
danışmaq səlahiyyəti var. Bununla da dediklərinə ligitimlik qatır və təsirliliyini
artırır. İndi baxın – “belə bir ölkədə xeyir-bərəkət olar?” Deputatların hamısı
“xalq artisti” olacaq dərəcədə aktyordular. Universitetdə mühazirələri, məsciddə
müntəzəm qılınmış namazları, alınlarında möhürün qoyduğu iz, bir sözlə tam
“paket arxitektura”.
Bu, yüksək aktyorluq sənətinin icra olduğu yer İran parlamentidir və onun
başçısı İranın ciddi mafiya başçılarında olan Əli Laricanidir. O, Pezeşkian
müxaliflərinə deyir ki, Azərbaycanın 12 günlük İsrail hücumu zamanı onları
dəstəkləməsi haqqında əlimizdə heç bir subut yoxdur. “Əgər masaya qoymalı
bir sübutunuz varsa buyurun, qoyun”. Zal susur, heç bir sübut yoxdur və bir
qədər əvvəl ağzı köpüklənə-köpüklənə danışanlar artıq danışmırlar. Laricanı
bilir ki, sübut yoxdur. Bu deputatlar da bilir ki, sübut yoxdur. Əslində sübut
axtarmırlar, məqsəd informasiya mühiti yaratmaqdır və bunu da ustalıqla
edirlər.
Qeyd edək ki, Əli Laricani və Sadiq Laricani qardaşları şiə alimi Mirzə Haşim
Amulinin (1899–1993) oğullarıdır və 2000-ci illərdən başlayaraq İran
siyasətində uğur qazanırlar. Bunların soyadları babalarının doğulduğu İranın
Mazandaran bölgəsindəki Larican kəndindən götürüb.
Bu “artistlər” bir dəfə deyəndə ki, “mən bu gecə imamzamanla söhbət etmişəm
və ondan tapşırıq almışam…” əlbəttə ki, insanlar inanamadılar. Lakin bunu
mütəmadi deyəndə bəzi insanlar məsələyə ciddi yanaşmağa başladı və bir sıra
“alimlər” də bunu təsdiq etdilər ki, “ayətullahların səlahiyyəti çatır ki,
imamzamanla danışsın”. Əlbəttə ki, bu alimlər şərh etmir ki, dərsini sona qədər
oxumamış, Nəcəfdən yarımçıq qayıtmış və Qum universitetini də bitirməmiş,
“ayıtullahlığı” da tanışlıqla almış mollalar da imamzamanla danışa bilər? İranda
hal-hazırda min nəfərə qədər Ayətullah var, bunların hamısı imamzamanla
danışır?
İranın Pəhləvi rejimi “biz iranlıyıq” konsepsiyasını işləyib tətbiq edirdi və boyun
əyməyənləri də sürgün edir, təqib edirdi. İran İslam Respublikası da bu
konsepsiyanı olduğu kimi qəbul etdi və daha vəhşicəsinə tətbiq edir.
Mayakovskinin “mən sovet vətəndaşıyam” konsepsiyası İran reallığında son
dərəcə bəsit və mənasız görsənir.
Güney Azərbaycanda keçirilən nümayişlərdə insanlar “Yaşasın Azərbaycan”
şüarlarını deyəndə bu məmurların elə bil “başına daş düşür”. Bu vəziyyət
sabitlik fraksiyasının qorxulu röyasıdır.
İran siyasi elitasında davamlı dövr edən bir sual var –“Biz nəyi yanlış edirik ki,
ugur qazana bilmirik?” – Bu sualın bir cavabı var, ölkə nə qədər ki, müxtəlif
klanlar vasitəsi ilə idarə olunacaq və digər klanlara bac-xərac verəcək, ölkə nə
qədər sərvətli olursa-olsun uğur qazana bilməyəcək. Ölkə iqtisadiyyatının 70
faizi gizli hesablara yatırılır, müxtəlif fondlara böyük məbləğlər köçürülür,
büdcənin böyük vəsaitləri məlum olmayan ünvanlara ötürülür və it-bat olur,
büdcə oğurluğunda bir cəzasızlıq hökm sürür.
Pezeşkianın “Oğrunu kənarda axtarmayın, özünüzdə axtarın” replikası da yerli
klanlar tərəfindən aqressiv qarşılandı. Müasir İranda “söz pəhləvanları” çoxdur.
Lakin ölkə “söz təfsiri” zamanını çoxdan keçib və dərin tənəzzülün içindədir.
Ənənəvi olan iqtisadi tənəzzül üzərinə ideolojı tənəzzül də əlavə olunub.
Beynəlxalq təcrid ölkənin bütün siyasi, iqtisadi, mədəni kanallarını bağlayıb, bir
tərəfdən də İran parlamentinin “söz pəhləvanları” ənənəvi qonşu dövlətlərlə də
münasibətləri pozmaq, ölkəni daha dərin tənəzzülə soxmaq istəklərini anlamaq
çətindir.


Pərviz Kazimi,
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru

Şərhlər bağlıdır.