SANKSİYA SƏNƏTİNİN MEMARI İRAN ƏLEYHİNƏ YENİ VƏZİFƏYƏ GƏTİRİLİB
ABŞ sanksiyalarının təzyiqi
Fəramərz Davərin “Iranwire” vasitəsilə yayılan bu mövzuda yazısı strateg.az saytında tərcümə olunub. Azerbaycan.ruznamesi.org həmin materialı oxucularına təqdim edir:
ABŞ sanksiyalarının təzyiqi ilə İslam Respublikası Müdafiə Nazirliyini maliyyələşdirmək üçün istiqrazlar buraxmağa məcbur olduğu bir zamanda, adı İrana qarşı sanksiyalara birbaşa bağlı olan Riçard Nefyu yenidən ABŞ Dövlət Departamentinə dönüb.
Martın 1-də, Bazar ertəsi günü “İrana qarşı sanksiyaların memarı” kimi tanınan Riçard Nefyunun ABŞ-ın İran üzrə xüsusi elçisi elçisi Robert Mallinin köməkçisi təyin olunması barədə xəbərlər yayımlanıb.
Nefyu haqqında nə bilirik?
ABŞ Dövlət Departamentində, Co Bayden administrasiyasında işləməyə dəvət olunan sabiq Barak Obama administrasiyasının yüksək vəzifəli məmuru Riçard Nefyunun adı İslam Respublikası səlahiyyətlilərinə yaxşı tanışdır. İranlılar üçün Nefyu – ABŞ sanksiyalarının müəllifidir və məhz sanksiyaların sərtliyi Ayətullah Əli Xamnəinin ABŞ-la birbaşa danışıqlara getməsinə və 2015-ci il nüvə anlaşmasına səbəb olub.
12 ay əvvəl 12 il İslami Şura Məclisinin spikeri olmuş Əli Laricani şəxsən Nefyunun “Sanksiyalar sənəti” kitabının tərcümə edilərək millət vəkillərinə pulsuz paylanmasına göstəriş vermişdi. Bu kitab İrana qarşı sanksiyaların necə tərtib və tətbiq olunmasının vacib sirlərini açıqlayır.
ABŞ-da “İrana qarşı sanksiya müharibəsində partizanların komandiri” Cenevrədəki nüvə müzakirələrində İslam Respublikası səlahiyyətlilərinin qarşısında oturaraq şərtlərin icrası müqabilində sanksiyaların bir hissəsinin ləğvi prosesinə qatılıb.
O, ABŞ Ali Milli Təhlükəsizlik Şurasında İran şöbəsinə rəhbərlik edib və Dövlət Departamentində sanksiya siyasəti üzrə dövlət katibinin köməkçisi olub, yəni İslam Respublikası ətrafında sanksiyalar torunun toxunmasında əsas rol oynayıb. 4 ildən az bir müddətdə bu sanksiyalar İslam Respublikasını, sanksiyaları ləğv etmək məqsədi ilə, ABŞ-la gizli və sonra misilsiz şəffaf danışıqlara məcbur edib.
İndi, JCPAO razılaşmasından 5 il sonra, yalnız BMT və Aİ sanksiyalarının ləğvi və İranın nüvə proqramındakı bəzi kiçik məhdudiyyətlərin qalması ilə, ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi elçisi Rob Malli yenidən hərəkətə keçib. İrandakı optimistlər deyir ki, onun Dövlət Departamentinə qayıdışının səbəbi Donald Tramp dövründə İslam Respublikasına tətbiq olunan sanksiyalar dalanından çıxış yolu tapmaqdır. Pessimistlər, əvvəlki illərdə yaşadıqları təcrübəyə istinadla, mövcud sanksiyaları ağıllı şəkildə qoruna biləcəyindən narahatdırlar.
Nefyu, P5 + 1 (Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) formatında baş tutan İran-ABŞ nüvə danışıqlarının ilk aylarında təmaslarda iştirak edib, lakin daha sonra vəzifəsindən istefa verərək Kolumbiya Universitetinin Beynəlxalq Məsələlər Məktəbində oxuyub. “Qlobal enerji siyasəti” Mərkəzində baş araşdırmaçı olub. Corc vaşinqton Universitetində siyasət və təhlükəsizlik araşdırmaları üzrə magistr dərəcəsi alıb.
Riçard Nefyu İranla nüvə danışıqlarına qatıldıqda, Müəmmar Qəddafinin rəhbərliyi altında Liviya nüvə proqramının dağıdılması kimi fövqəladə bir təcrübəyə sahib idi. O dövrdə Nefyu NPT (Nüvə Silahını Yaymama) siyasətində ABŞ hökumətinin xüsusi köməkçisi rolunu oynayırdı.
İslam Respublikasında Liviya nüvə proqramına dair informasiyanın toplanması və bundan sonra Qəzzafinin devrilməsi Ayətullah Xamnəinin hadisələrin İranda təkrarlanması üçün JCPAO danışıqları zamanı aldığı bir dərs kimi göstərilir. Ancaq Tramp administrasiyasının nüvə anlaşmasından çıxması və sanksiyaların geri qaytarılması ilə İslam Respublikasındakı bəzi siyasətçilər arasında bu ssenarinin İrandakı hakim rejim üçün gec-tez təkrarlana biləcəyindən narahatlıq var.
Nefyu sanksiyaları daha böyük bir məqsədi olan, siyasi qələbə əldə etmək, qarşıdurmanın qarşısını almaq naminə hədə və cəza üçün “faydalı bir vasitə” olaraq səciyyələndirir. “Sanksiya sənəti” kitabında o yazıb: “Sanksiyaların strategiyası – hədəf ölkələrin hərəkətlərini və sanksiyaların subyektini necə dəyişdirə bildiyidir. İstəsək də, istəməsək də, sanksiyalar ABŞ xarici siyasətində populyar bir vasitə halına gəlib”.
“Memar” Tramp administrasiyası dövründə İslam Respublikasına tətbiq olunan sanksiyaları hədəfə keyfiyyətcə çata bilmədiyi və misilsiz miqdarda olsa da, öz sözləri ilə desək, “əsassız” olduğu üçün tənqid edib.
Riçard Nefyunun sanksiyaların işlənməsi ilə əlaqəli düşüncələrini anlamaq üçün “Sanksiya sənəti” kitabı oxunmalıdır: “Səddam Hüseyn dövründə ABŞ-ın İraqa qarşı tətbiq etdiyi sanksiyaların problemi 6 ayda ən yüksək səviyyəyə çatması idi. Səddamın qətiyyətini təhlil, sanksiyaların sərtləşdirilməsi və ya yüngülləşdirilməsi ilə mesaj göndərmə olmadı”.
Bu vəziyyət Trampın İslam Respublikasına qarşı yaratdığı vəziyyətə az-çox bənzəyir. 3 ildən az bir müddətdə İrandakı hakim rejimin ləğv etmə perspektivi olmadan bir sıra misilsiz sanksiyalar tətbiq edilib və Ayətullah Xamnəi özünəməxsus şəkildə belə bir ehtimalın mənasızlığını isbatlayıb.
Nefyu İraq məsələsində “maksimum təzyiq” və “etibarsızlığın” ölümcüllük hissi yaratdığına və Səddamın hərəkət etmə üçün heç bir ssenari düşünülmədiyinə inanır. İndi Riçard Nefyu bu baxışı Dövlət Departamentinə və yeni administrasiyaya təlqin edir.
ABŞ prezidenti Co Bayden bildirib ki, İslam Respublikasını MAGATE ilə əməkdaşlığa sövq edilməsi, uranın 20% zənginləşdirmənin dayandırılması və Əlavə Protokol daxilində geniş yoxlamaların yenidən aparılması kimi bütün öhdəliklərin icrasının təşviqi üçün sanksiyaları ləğv etmək istəmir.
Birləşmiş Ştatlar İslam Respublikası ilə, raket proqramı və regional siyasəti də əhatə edən, daha uzunmüddətli bir razılaşma əldə etməyə çalışır. Ayətullah Xamnəi indiyə qədər Tramp dövründə başlayan bu tələbə müqavimət göstərib, lakin bu müqavimət İslam Respublikasının maliyyə gücünün kəskin şəkildə azalmasına səbəb olub.
Ölkəni idarə etmək İslam Respublikası üçün o qədər çətin olub ki, tarixində ilk dəfə Müdafiə Nazirliyinin büdcə xərclərini ödəmək üçün Yeni ildə 200 milyard tümən dəyərində istiqraz buraxılışına icazə verilib.
Beləliklə, Riçard Nefyu Ayətullah Xamnəinin müqavimət mübarizəsi və son 3 ildə tətbiq olunan sanksiyaların dağıdıcı təsirlərindən sonra Dövlət Departamentinə qayıdıb.
Şərhlər bağlıdır.