Güneyli siyasi məhbus 20 gündür aclıq aksiyası keçirir

İrandakı bədnam Evin zindanında saxlanılan Güney Azərbaycan Hərəkatının
milli fəallarından Vədud Əsədi qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyasını
davam etdirir.
Milli fəal insan ləyaqətinin alçaldılması, ən minimal vətəndaşlıq hüququndan
məhrum edilməsi və tibbi yardıma ehtiyacı olduğu halda bundan məhrum
edilməsinə etiraz olaraq aclıq aksiyasını davam etdirəcəyini bildirir.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.