Destopik ölkələrin rəhbərləri övladlarını qərbdə müəyyən vəzifələrə və yaxud sayımlı-seçimli işlərə
təqdim edəndə niyə gözlərinin altına riski gətirmirlər? Bu yaxınlarda İranın Milli Təhlükəsizlik Şurasının
katibi Əli Laricaninin qızı — Fatimə Ərdəşir vəzifəsindən uzaqlaşdırılanda heç ağlına da gəlməzdi ki,
ortada bu səbəb var. Ona bildiriblər ki, İranda artan siyasi təzyiqlərdən, ictimai-siyasi etirazlardan
sonra onu universitetdə saxlamaq olmaz.
Qeyd edək ki, hematologiya və tibbi onkologiya üzrə dosent kimi göstərilən Ərdəşir Laricaniyə dair
məlumatlar universitetin rəsmi saytından silinib.
ABŞ-ın Corciya ştatında yerləşən Emori adlı özəl universitet İranın Milli Təhlükəsizlik Şurasının katibi
Əli Laricaninin qızı — Fatimə Ərdəşir Laricaninin vəzifəsindən uzaqlaşdırıldığını təsdiqləyib.
Bu barədə xarici KİV yazıb.
Həmin universitetin nəzdində fəaliyyət göstərən Uinşip Onkologiya İnstitutu da “yüksək vəzifəli iranlı
məmurun qızı olan həkimin artıq universitet əməkdaşı olmadığını” açıqlayıb, lakin məsələnin kadr
mövzusu olduğunu əsas gətirərək əlavə məlumat verməkdən imtina edib.
Onu da deyək ki, Universitet rəhbərliyi onun işdən çıxarılmasının ötən həftə ABŞ tərəfindən atası Əli
Laricaniyə qarşı tətbiq edilən sanksiyalarla əlaqəli olub-olmadığını dəqiqləşdirməyib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.