İsveçin paytaxtı Stokholmun Sollentuna kitabxanasının Aniora zalında Azərbaycan Xalq yazıçısı Əzizə Cəfərzadənin ”Bakı 1501” tarixi romanının təqdimatı keçirilib. İngilis dilində nəşr olunan roman İsveçdə fəaliyyət göstərən ”Lava” nəşriyyatında işıq üzü görüb. İsveçdə fəaliyyət göstərən ”Qobustan – Azərbaycan Aydınlar Ocağı”nın təşkilatçılığı ilə baş tutan tədbirə İsveçin müxtəlif şəhərlərindən ədəbiyyatsevərlər qatılıb. Tədbirin aparıcısı, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Stokholm şəhəri üzrə koordinatoru Ayda Əmir Haşimi bu cür tədbirlərin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına, eyni zamanda ölkələr arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini söyləyib. “Bakı 1501” əsərinin yenidən aktuallaşdırılması milli ruhu və azadlıq ideyalarını əks etdirən mühüm ədəbi hadisə adlandırıb.
#AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #Azerbaijan
…………


Şərhlər bağlıdır.